-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
18 dekabr Beynəlxalq Miqrant Günü həmin insanları xatırlamaq və onların hüquq və ləyaqətinə hörmətlə yanaşmağın lazım olduğunu bəyan etmək gündür
Beynəlxalq Miqrasiya Təşkilatı humanist və nizamlı miqrasiyanın miqrantlara və cəmiyyətə fayda gətirdiyi prinsipinə sadiqdir. BMT-nin Miqrasiya Agentliyi olaraq BMqT beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə miqrasiyanın operativ problemlərinin həllinə kömək etmək, miqrasiya məsələlərini başa düşmək, miqrasiya vasitəsilə ilə sosial və iqtisadi inkişafı təşviq etmək və miqrantların insani ləyaqətini və rifahını qorumaq istiqamətində fəaliyyət göstərir.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Beynəlxalq Miqrant Günü münasibətilə etdiyi çıxışında bu günun məhdud hərəkətliliyi, intensiv karantin tədbirləri və sağlamlıq təhlükəsizliyi olmadığı 2020-ci ildə qeyd edilməsinin, qlobal pandemiya böhranında tərəfdaşlıq və həmrəyliyin həmişəkindən daha aktual olduğunu bildirmişdir: “Bu gün Beynəlxalq Miqrant Gününü qeyd etmək və hazırda COVID-19 pandemiyasının başlaması ilə daha da böyük çətinliklərlə üzləşən və ağır şəraitdə yaşayan minlərlə miqrantı xatırlamaq, eyni zamanda onların təyinat və mənşə ölkələrindəki cəmiyyətlərə verdiyi müsbət töhfələri qeyd etmək xüsusliə vacibdir. Bu gün biz pandemiyanın yaratdığı cari və uzunmüddətli ehtiyacları ödəmək, həssas miqrantları və onların ailələrini dəstəkləmək üçün birlikdə çalışmalıyıq”.