-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılması region ölkələri arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək
Dekabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin və Dövlət Miqrasiya Xidmətinin (DMX) rəsmiləri arasında “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində onlayn görüş keçirilib.
DMX-nin rəisi Vüsal Hüseynov Regional Təlim Mərkəzinin (RTM) yaradılması üzrə “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsinin DMX ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi, həmçinin regionun digər miqrasiya agentlikləri arasında əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib. O, layihənin region daxilində və xaricində miqrasiya sahəsində təhsil və təlim imkanlarının gücləndirilməsi baxımından səmərəli platforma olacağını söyləyib və Azərbaycanda miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasında BMqT-nin dəstəyini yüksək qiymətləndirib. Hüseynov hər iki tərəfin səylərini birləşdirərək RTM-in yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini də vurğuladı.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorgiyev diqqətə çatdırıb ki, layihə iki qurum arasında əlaqələrin inkişafına və region ölkələri arasında miqrasiya sahəsində əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Görüşdə layihə ətrafında və miqrasiya ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Media Coverage