Xəbərlər
Local

Beynəlxalq Miqrant Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Beynəlxalq Miqrant Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Bu gün Beynəlxalq Miqrant Günüdür! COP29 ruhuna uyğun olaraq Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi, Dövlət Miqrasiya Xidməti və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi İqlim Dəyişikliyi və İnsan Mobilliyinin təsiri haqqında məlumatlılığı artırmaq üçün 800-dən çox ağac əkib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Troy Dulinin rəhbərlik etdiyi tədbirdə miqrantlar və qurumların nümayəndələri də daxil olmaqla ümumilikdə 100 könüllü iştirak edib. Bunla miqrantlar həm yaşadığı ölkə, həm də ev icmalarında iqlimə davamlılıq yaratmaq üçün töhvə vermişlər.

Azərbaycan Respublikası Hökumətini miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə dair maarifləndirməni və ictimaiyyətin diqqətini artırdığına, yaşıl və ekoloji təşəbbüslərə verdiyi töhfələrinə görə təbrik edirik.