-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi bölgələrdə yerli ali təhsil müəssisələrinə öz dəstəyni davam etdirir
BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyatat keçirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində yerli qurumlar və ali təhsil müəssisələrinin region gənclərinin təhsil və peşə hazırlığı sahələrindəki fəaliyyətlərini dəstəkləməkdə davam edir. BMqT yerli tərəfdaşlarla işbirliyi çərçivəsində Lənkəran Dövlət Universitetində “USAID LAB” adlı İT / Kompüter dərsləri üçün mərkəz yaratmışdır. Labaratoriya 17 ədəd kompüter, daxili proyektorlu interaktiv lövhə və lazımi mebellər ilə təmin edilərək qurulmuşdur.
COVID-19-un yayılması nəticəsində məsafədən və rəqəmsal platformalarda həyata keçirilən elektron təhsilin yüksəlişi ilə tədris forması kəskin şəkildə dəyişdi. Bu baxımdan, adı çəkilən labaratoriya pandemiya sonrası dövrdə Universitetin onlayn dərslər vermə imkanlarını daha da genişləndirəcəkdir. “USAID LAB” universitetin tələbə və müəllim heyəti tərəfindən istifadə ediləcəkdir.
Media Coverage