-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi üzrə tərəfdaşları ilə onlayn görüş təşkil etmişdir
Dekabrın 9-da BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyatat keçirilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi üzrə tərəfdaş qurumların nümayəndələrinin iştirakı ilə onlayn görüş keçirilmişdir. Görüşdə Birləşmiş Ştatların ölkəmizdə səfiri Li Litzenberqer, ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin Missiya direktoru Cey Sinqx, BMqT-nin nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov iştirak etdilər.
Görüş zamanı iştirakçılar BMqT və Aİİ arasında ABŞ-in Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində həyata keçirilən təşəbüssləri müzakirə etdilər. Müzakirələr zamanı gəncləri və ali təhsil müəssisələri də daxil olmaqla gənclərlə işləyən qurumları əhatə edən təşəbüsslərə xüsusi diqqət yetirilmişdir.
İştirakçılar, gənclərin akademik və fərdi inkişaf imkanlarına, məsələn, AIT tələbələri üçün ingilis dili kursları kimi təşəbüsslərəin genişləndirilməsinin vacibliyini vurğuladılar.
Tərəfdaşlar, mümkün əməkdaşlıq imkanları barədə də fikir mübadiləsi apardılar və yerli dayanıqlılığın artırılmasına daha çox töhfə verəcək birgə səylər üzərində işlərini davam etdirməyə açıq olduqlarını və istəklərini vurğuladılar.
Media Coverage
TREND
NEWSCENTER
XEBERMEDIA
AZERTAC
UNNEWS
ADALET
MOVQE
MANEVR
TEHSILPRESS
RUPOR
AITEDU
MEKTEBGUSHESI