-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi kəhrizlərin bərpası işlərində yeni texnalogiyaların tətbiqinə başlayıb
BMqT-nin mühəndisləri Ağdam rayonunun Mirəşelli kəndində yerləşən Çinarlı kəhrizində quyuları qazmaq üçün şaquli qazma qurğusundan istifadə etməyə başlayıblar. Yeni texnologiya əl əməyi olmadan nisbətən qısa müddətdə böyük qazma dərinliyinə nail olmağa imkan verir. Yeni texnologiyaların tətbiqi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində görülən işləri sürətləndirəcəkdir.
Layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi yeni texnologiyaların tətbiqi ilə yanaşı, gənc kəhriz mütəxəssisləri hazırlayır, təhlükəsizlik və texniki göstərişlər tərtib edir, habelə kəhrizlərin bərpası mexanizmlərini inkişaf etdirir.
Qeyd edək ki, adı çəkilən dörd illik layihə çərçivəsində məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan 8 mindən artıq ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədini daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərə malikdir.
Media Coverage