-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
BMqT-nin Azərbaycan nümayəndəliyi COVID-19 səbəbiylə ölkədə qalan həssas miqrantlara təcili yardım və dəstək göstərir
Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi “BMqT-nin Qlobal Strateji Hazırlıq və Yardım Planının Koronavirus İnfeksiyası 2019-a daxil olan Humanitar Fəaliyyətlərə dəstək – COVID-19 – Cənubi Qafqaz” layihəsi çərçivəsində həssas vəziyyətdə olan miqrantların ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar göstərir.
2020-ci ilin sentyabr ayından etibarən BMqT həssas vəziyyətdə olan miqrantlarla fəal əlaqəsi ölkədə qapalı qalan miqrantların ağırlaşan iqtisadi vəziyyətlərini və kəskin ehtiyaclarını müəyyən etməyə imkan verib.
Noyabr ayında Azərbaycanda yaşayan 446 xarici miqrant kömək üçün BMqT nümayəndəliyinə müraciət edib. Müraciət edən miqrantlar əsasən Əfqanıstan, Banqladeş, Qırğızıstan, Gürcüstan, Hindistan, Moldova, Nepal, Nigeriya, Pakistan, Rusiya, Şri Lanka, Yəmən və Ukrayna vətəndaşlarıdır. Yardım üçün müraciət edənlərdən uşaqlar da daxil olmaqla 143-ünün ağır iqtisadi vəziyyətdə olan və təcili olaraq ərzaq, sığınacaq ehtiyacı olan, və ya zəruri tibbi problemlərini həll etmək üçün maddi imkanları olmayan şəxslər olduğu müəyyənləşdirilib. Bunlardan noyabr ayında 108 miqranta birbaşa humanitar yardım (qida / gigiyenik məhsullar), 117 miqranta yaşayış yeri və 8 miqranta sənədlərlə bağlı köməklik göstərilib.
Hazırda BMqT-nin Azərbaycan nümayəndəliyi ehtiyacı olan həssas miqrantları müəyyənləşdirmək və onlara yardım etmək istitiqamətində fəaliyyətini davam etdirir.