Xəbərlər
Local

BMqT-nin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 831 nəfər Azərbaycan vətəndaşının mənşə ölkəsinə könüllü qayıdışı təmin edilmişdir

BMqT-nin Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 831 nəfər Azərbaycan vətəndaşının mənşə ölkəsinə könüllü qayıdışı təmin edilmişdir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində 2019-cu il ərzində Azərbaycan vətəndaşı olan 831 nəfərin mənşə ölkəsinə könüllü qayıdışını təmin etmişdir. Könüllü geri qayıdanların 460 nəfəri Almaniyanın, 264 nəfəri Niderlandın, 27 nəfəri Latviyanın, 16 nəfəri Türkiyənin, 13 nəfəri Avstriyanın, 10 nəfəri Gürcüstanın, 9 nəfəri Belçikanın, 8 nəfəri Litvanın, 7 nəfəri Polşanın, 6 nəfəri İsveçrənin, 4 nəfəri Macarıstanın, 3 nəfəri Finlandiyanın, 2 nəfəri İrlandiyanın, 1 nəfəri Çexiyanın və 1 nəfəri Bosniya və Herseqovinanın payına düşür.