Xəbərlər
Local

BMqT nümayəndələri Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkmişlər

BMqT nümayəndələri Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkmişlər. Photo: IOM

BMqT nümayəndələri Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkmişlər. Photo: IOM

BMqT nümayəndələri Azərbaycan Uşaqlar Birliyinə məxsus sığınacağa baş çəkmişlər. Photo: IOM

Dekabrın 30-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Azərbaycan Uşaqlar Birliyinə məxsus olan və ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi göstərdiyi sığınacağa baş çəkərək birliyin sədri Kəmalə Ağazadə və sığınacağın əməkdaşları ilə görüşmüşdür.

Kəmalə Ağazadə Birliyin nəzdində çətin həyat şəraitinə düşmüş uşaqlar üçün nəzərdə tutulan sığınacağın fəaliyyəti, qurbanların və sığınacaqda yaşayan benefisiarların dəstəklənməsi və cəmiyyətə reinteqrasiyası sahəsində gördükləri işlər, üzləşdikləri çətinliklər və yeni layihələrlə bağlı fikirləri haqda qonaqlara məlumat verdi.

Vladimir Qyorqiyev öz növbəsində görüşdə yeni layihələrlə bağlı səslənən fikirlərlə bağlı təkliflərlə bağlı müraciətlərə lazım olan maliyyə üçün tərəfdaşları ilə iş aparacaqlarını bildirdi.

Qeyd edək kİ, BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək bu sığınacaq da daxil olmaqla paytaxt və regionlarda insan alveri qurbanları, insan alverinə və məişət zorakılığına həssas olan şəxslər üçün nəzərdə tutulan bir neçə sığınacaqda oranın sakinlərinin yaşayış şəratinin yaxşılaşdırılması üçün təmir bərpa işləri aparmışdır.

Media Coverage

VisionTV