News
Local

IOM representatives visited the regions as part of the UN agencies' mission to assess needs of the conflict-affected regions of Azerbaijan

IOM representatives visited the regions as part of the UN agencies' mission to assess needs of the conflict-affected regions of Azerbaijan

The mission comprised of technical experts from various UN agencies has concluded its four-day visit to the conflict-affected regions of Azerbaijan.

An inter-agency coordinated assessment mission comprised of technical experts from various UN agencies has concluded its four-day visit to the conflict-affected regions of Azerbaijan. Besides IOM Azerbaijan, the mission included representatives from the UN Resident Coordinator’s Office (RCO), FAO, OCHA, UNDP, UNFPA, UNICEF, UNHCR, and WHO.

The mission met with the heads of the local executive authorities in Barda, Aghdam, and Agjabedi districts and visited various sites, where the temporarily displaced persons, as well as conflict-affected communities, reside. The mission members also visited a number of villages and settlements adjacent to the conflict area to assess the scale of damaged civilian houses and civilian infrastructure. The findings of the mission are being prepared that should allow to understand prevailing vulnerabilities and design appropriate humanitarian response mechanisms in different sectors to complement the government’s actions.

IOM is planning to revive the project on Kahriz renovation to assist the IDPs population in water supply. In addition IOM is working on project development for Cash Based Intervention and socio economic recovery to conflict affected and vulnerable population.

----------------------------------------------

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri BMT-nin agentliklərinin Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarında ehtiyacların dəyərləndirilməsi missiyasının tərkibində regionlara baş çəkiblər

BMT agentliklərinin mütəxəssislərindən ibarət əlaqələndirilmiş qiymətləndirmə missiyasının Azərbaycanın münaqişədən əziyyət çəkən rayonlarına dördgünlük səfəri başa çatıb. Missiya BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri ilə yanaşı BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrindən ibarət olub.

Missiya üzvləri Bərdə, Ağdam və Ağcabədi rayonlarında icra hakimiyyətlərinin başçıları ilə görüşüblər, eləcə də müvəqqəti məcburi köçkünlər və münaqişədən əziyyət çəkən icmaların yaşadığı yerlərə baş çəkiblər. Onlar həmçinin mülki evlər və infrastruktura dəyən ziyanı qiymətləndirmək üçün münaqişə zonasının yaxınlığında yerləşən kənd və qəsəbələrə səfər ediblər. Əsas ehtiyacları anlamağa imkan verən və hökumətin fəaliyyətlərini dəstəkləmək üçün müxtəlif sektorlarda müvafiq humanitar cavab mexanizmlərini planlaşdırmaq məqsədilə missiyanın nəticələrinə dair hesabat hazırlanacaq.

BMqT məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə su təminatını yaxşılaşdırmaq məqsədi ilə təşkilatın həyata keçirdiyi kəhrizlərin bərpasını davam etdirməyi planlaşdırır. Bundan əlavə, təşkilat münaqişədən zərər çəkmiş və həsas insanlara nağd əsaslarda yardım və onların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində layihə üzərində işləyir.

Media Coverage

AZERTAC