-
Who We Are
WHO WE AREThe International Organization for Migration (IOM) is part of the United Nations System as the leading inter-governmental organization promoting since 1951 humane and orderly migration for the benefit of all, with 175 member states and a presence in over 100 countries. IOM has had a presence in Azerbaijan since 1996.
About
About
IOM Global
IOM Global
-
Our Work
Our WorkAs the leading inter-governmental organization promoting humane and orderly migration, IOM plays a key role to support the achievement of the 2030 Agenda through different areas of intervention that connect both humanitarian assistance and sustainable development.
- Data and Resources
- Take Action
- 2030 Agenda
Region gəncləri üçün biznes və maliyyə bilikləri üzrə intensiv onlayn təlim
BMT-nin Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 2018-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikası Hökuməti ilə birgə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsini həyata keçirir. Layihə çərçivəsində COVID-19 pandemiyasının yaratdığı çətinlikləri nəzərə alaraq gənclərin maraq dairəsi, eləcə də əmək bazarının tələblərinə uyğun intensiv onlayn təlimin keçirilməsi planlaşdırılır. Bu məqsədlə cari ilin iyun-iyul ayları ərzində regiondakı gənclər sahəsi işçiləri və gənc təşəbbüskarlar üçün dörd həftəlik onlayn "Biznes və maliyyə savadlılığı təlimi" təşkil olunacaqdır. Təlimlər Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə yaxın əməkdaşlıq şəraitində təşkil olunur.
Təlimin məqsadi biznes və iqtisadiyyat təhsili olmayan şəxslərin biznes və maliyyə üzrə savadlılığını artırmaqdır. Təlimi bitirən iştirakçılar iqtisadiyyat mühitində biznesin idarəçiliyi və davamlılığının təmini üçün lazım olan əsas bilikləri qazanacaqlar. Onlar bununla yanaşı biznes dilini mənimsəyərək maliyyə hesabatları ilə işləmə səriştəsini əldə edəcəklər.
24 akademik saatdan ibarət olan təlimdə İqtisadiyyatın əsasları, Maliyyə və idarəetmə uçotu və Biznesin idarəedilməsi sahələri üzrə ilkin nəzəri və praktiki biliklər təqdim ediləcəkdir. Təlim ilə bağlı bütün xərclər layihə çərçivəsində qarşılanacaqdır.
Təlimin sonunda iştirakçılara qiymətləndirmə nəticəsində BMqT və ARPA-nın sertifikatı təqdim olunacaqdır. Keçiriləcək imtahanın nəticələrinə görə 50% və yuxarı bal toplayan iştirakçılara müvəffəqiyyət sertifikatı veriləcəkdir. İmtahandan müvəffəq olmayan tələbələrə dərslərdə ən az75% iştirak etdikləri təqdirdə iştirak sertifikatı təqdim olunacaqdır.
Təlim onlayn olaraq Google Classroom və Google Meets platformaları vasitəsilə həyata keçiriləcəkdir. Onlayn təlimdə iyirmi gəncin iştirakı nəzərdə tutulur. İştirakçıların daimi və maneəsiz internet çıxışına malik olmaları tələb olunur. İştirakçılar aşağıdakı meyarların hər birinə cavab verən müraciətçilər arasından seçiləcəkdir:
18-29 yaş aralığında Azərbaycan Respublikası vətəndaşı olmaq
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonundan kənar şəhər və ya rayon qeydiyyatında olmaq
Gənclər sahəsində çalışmaq və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
Ali təhsilli və ya 2020-2021-ci il tədris ilində bakalavr pilləsinin son kurs tələbəsi olmaq. Biznes, maliyyə və iqtisadiyyat ixtisasları xaric sahələr üzrə təhsili olan və ya təhsilini davam etdirən şəxslərə üstünlük veriləcəkdir.
Təlimdə maraqlı olan gənclər müraciət üçün:
1) http://tiny.cc/partelim linkində yerləşən onlayn ərizə formasını doldurub təqdim etməli
2) Şəxsiyyət vəsiqəsi və ali təhsilə dair sənədin surətini (məzunlar üçün diplom, son kurs tələbələri üçün kursun qeyd olunduğu arayış və ya tələbə bileti) parproject2020@gmail.com elektron ünvanına göndərməlilər.
Müraciətlər üçün son tarix 12.06.2020 saat 18:00. Tələb olunan onlayn forma və sənədlər qeyd olunan tarixə qədər göndərilməlidir.
Təlimin proqramı: https://azerbaijan.iom.int/sites/g/files/tmzbdl131/files/press_release/…