Press Release —Local October 25, 2021

UN IOM Azerbaijan participated in the UN Day event

The UN Day event titled “COP26 – securing brighter future for all” has brought together some 90 participants from the government agencies, diplomatic missions, private sector, civil society, and the media. They discussed actions to tackle climate change focusing on the role of the governments, civil society, and private sector. As many countries look to rebuild their economies in the wake of the pandemic, the participants also exchanged views on ‘building back better’ through a green recovery.

“We need more ambitious pledges and decisive actions to reach the Paris Agreement targets,” Vladanka Andreeva, the United Nations (UN) Resident Coordinator in Azerbaijan, said in the opening ceremony of the UN Day event dedicated to the upcoming UN Climate Change Conference of the Parties (COP26) in Glasgow.

The opening session was followed by panel discussions with the participation of experts from the government, civil society, and private sector, as well as a youth activist, who participated at the pre-COP26 conference in Milan, Italy.

On the same day, the UN Office in Azerbaijan has signed today a Memorandum of Understanding (MoU) with the Entrepreneurship Development Fund and the Small and Medium Business Development Agency to promote corporate sustainability through the UN Global Compact.

-------------------------------

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliynin təmsilçisi BMT Günü tədbirində iştirak edib

"COP26 – hər kəs üçün daha parlaq gələcəyin təminatı" adlı BMT Günü tədbiri dövlət qurumları, diplomatik missiyalar, özəl sektor, vətəndaş cəmiyyəti və mediadan 90-a yaxın iştirakçını bir araya gətirib. Onlar iqlim dəyişikliyi ilə mübarizədə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun rolunu müzakirə ediblər. İştirakçılar, bir çox ölkənin pandemiyadan zərər çəkmiş iqtisadiyyatlarını yenidən qurduğu bir vaxt “yaşıl bərpa” yollarına dair fikir mübadiləsi aparıblar.

“Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var," BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə bəyan edib.

Açılış sessiyasının ardınca hökumət, vətəndaş cəmiyyəti və özəl sektor mütəxəssislərinin, həmçinin İtaliyanın Milan şəhərində COP26 öncəsi konfransa qatılmış Azərbaycanlı gənc fəalın iştirakı ilə panel müzakirələri keçirilib. Onlar COP26-nın dörd məqsədinə nail olmaq yollarına dair fikir mübadiləsi aparıblar.

Həmin gün BMT-nin Azərbaycandakı Ofisi Sahibkarlığın İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BMT-nin Qlobal Sazişi vasitəsilə korporativ dayanıqlılığı təşviq etmək üçün Anlaşma Memorandumu imzalayıb.