Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliynin təmsilçisi BMT Günü tədbirində iştirak edib

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliynin təmsilçisi BMT Günü tədbirində iştirak edib. Photo: IOM

Baku - "COP26 – hər kəs üçün daha parlaq gələcəyin təminatı" adlı BMT Günü tədbiri dövlət qurumları, diplomatik missiyalar, özəl sektor, vətəndaş cəmiyyəti və mediadan 90-a yaxın iştirakçını bir araya gətirib. Onlar iqlim dəyişikliyi ilə mübarizədə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun rolunu müzakirə ediblər. İştirakçılar, bir çox ölkənin pandemiyadan zərər çəkmiş iqtisadiyyatlarını yenidən qurduğu bir vaxt “yaşıl bərpa” yollarına dair fikir mübadiləsi aparıblar.

“Paris Sazişinin hədəflərinə çatmaq üçün daha iddialı vədlərə və qətiyyətli addımlara ehtiyacımız var," BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva BMT Günü və Qlazqoda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP26) həsr olunmuş tədbirdə bəyan edib.

Açılış sessiyasının ardınca hökumət, vətəndaş cəmiyyəti və özəl sektor mütəxəssislərinin, həmçinin İtaliyanın Milan şəhərində COP26 öncəsi konfransa qatılmış Azərbaycanlı gənc fəalın iştirakı ilə panel müzakirələri keçirilib. Onlar COP26-nın dörd məqsədinə nail olmaq yollarına dair fikir mübadiləsi aparıblar.

Həmin gün BMT-nin Azərbaycandakı Ofisi Sahibkarlığın İnkişafı Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə BMT-nin Qlobal Sazişi vasitəsilə korporativ dayanıqlılığı təşviq etmək üçün Anlaşma Memorandumu imzalayıb.