-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Bakıda keçirilən regional seminar pul köçürmələrinin milli inkişafdakı rolunu vurğuladı
İyun ayında Bakıda Azərbaycanda pul köçürmələrin sosial-iqtisadi faydalarının artırılmasına dair üç günlük seminar keçirildi. Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən təşkil edilən və Azərbaycan hökuməti tərəfindən ev sahibliyi edilən bu tədbirin məqsədi, pul köçürmələrinin milli inkişafı dəstəkləməsi üçün əsas strategiyaları araşdırmaqdır.
Bu tədbir, xüsusilə maliyyə sektorları arasında köçürmə ilə bağlı ən yaxşı təcrübələrin artırılması üçün sıx əməkdaşlığın zərurətini vurğulayan 26 nömrəli Fəaliyyət Planı çərçivəsində "Azərbaycanda Köçürmələrin Sosial-İqtisadi Faydalarının Artırılması" adlı əsas layihəyə həsr olunmuşdur.
Regional Miqrasiya Təlim Mərkəzində (MRTM) keçirilən tədbirdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə, Moldova, Türkmənistan, Ukrayna və Özbəkistan da daxil olmaqla, ümumilikdə 11 ölkənin Dövlət Miqrasiya Xidmətlərini, dövlət və özəl bankları təmsil edən 31 nümayəndə iştirak etdi.
Tədbirdə həll yolları ön planda idi və iştirakçılar miqrantların maliyyə ehtiyaclarını daha yaxşı ödəmək üçün miqrasiya xidmətləri və MRTM-ə üzv ölkələrin mərkəzi bankları ilə səmərəli əməkdaşlıq yollarının tapılması istiqamətində ortaq mexanizmlərə köklənmişdirlər.
Tədbirdə pul köçürmələrinin milli inkişafda əhəmiyyəti, sübutlara əsaslanan yanaşmalar, regional meyllər və qarşıya çıxan çətinliklər, həmçinin miqrantların maliyyə hüquqları vurğulandı.
BMqT-nin Vyanadakı Regional Ofisinin Əmək Mobilliyi üzrə Baş Regional Mütəxəssisi Ceyson Tide tədbiri açaraq, bir sıra ölkənin iqtisadiyyatı üçün pul köçürmələrinin əhəmiyyətini vurğuladı.
"Miqrantların əmək bazarında olan tələbat, təhsil və humanitar vəziyyətlərə cavab olaraq məskunlaşdığı ölkələrdəki mobilliyinin artması ilə ölkədəki ailələrinə göndərilən pul köçürmələri ən vacib məqamlardan birinə çevrilir. Bu səbəbdən, mövcud pul köçürmə kanalları, onların xüsusiyyətləri və təsirləri, həm ailə, həm də icma səviyyəsində onlardan necə istifadə etmək barədə məlumatların müxtəlif rəqəmsal kanallar vasitəsilə yayılmasını gücləndirmək vacibdir", deyə Jason Theede qeyd etdi.
BMqT-nin Vyanadakı Regional Ofisində miqrasiya məlumatları və tədqiqat üzrə məsləhətçi olan Katerina Qidi pul köçürmələrinin miqyası və müsbət təsirləri ilə bağlı hesabatı təqdim etdi.
Seminarın ikinci günü Azərbaycanın təcrübəsinə həsr olundu və burada miqrantların və qaçqınların maliyyə hüquqları, diasporla qarşılıqlı əlaqə və miqrantların maliyyə inkluzivliyi mövzularında müxtəlif təqdimatlar yer aldı.
Seminarın son günü ictimai qurumlar və özəl sektor prizmasından miqrantlar üçün müştəri xidmətlərinin potensialına diqqət yetirildi.
Tədbir çərçivəsində miqrantlara pul köçürmələri ilə bağlı maliyyə xidmətləri göstərən qurumların rolunu birbaşa görmək üçün seminar iştirakçılarının Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət), Azərpoçt, Azərbaycan Beynəlxalq Bankı və Rabitəbank kimi qurumlara səfərləri təşkil olundu.
Seminar miqrasiya xidməti əməkdaşlarının, mərkəzi bankların və qeyri-hökumət təşkilatlarının (QHT) imkanlarının gücləndirilməsi kimi əsas sahələrdə əməkdaşlığın genişləndirilməsi sayəsində müsbət nəticələr verdi.
Iştirakçılar miqrantların maliyyə ehtiyaclarının daha səmərəli ödənilməsi üçün nizamlanmış mexanizmlərin təmin edilməsi məqsədilə yenilikçi və yaradıcı həllər əsasında regional əməkdaşlığa kömək etməyin səmərəli yollarını da müzakirə etdilər.
Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) haqqında:
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX), Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondu (BİF) tərəfindən maliyyələşdirilən "Azərbaycanda Regional Miqrasiya Təlim Mərkəzinin yaradılmasına dəstək" layihəsini həyata keçiriblər. Layihənin məqsədi, regionda miqrasiya sahəsində təlim və potensialın artırılmasını dəstəkləmək və genişləndirməkdir. MRTM, qonşu ölkələrə, eləcə də Mərkəzi Asiya, Yaxın Şərq, Şərq Tərəfdaşlığı və digər regionlara xidmət edir.
Əlavə məlumat üçün BMqT-nin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlaya bilərsiniz: iomazerbaijan@iom.int