-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatı iqlim böhranı zamanı miqrantların müdafiəsi üçün fövqəladə halların idarə edilməsi üzrə mütəxəssislərə bilik və təcrübə qazandırır
25-26 sentyabr tarixlərində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi, Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində “Miqrantların təyinat ölkələrində fövqəladə hallara hazırlıq, cavab tədbirləri və bərpa proseslərinə inteqrasiyası” mövzusunda iki günlük təlim təşkil edib. Təlimin məqsədi iqlim dəyişikliyi və fövqəladə hallar arasında əlaqələri araşdırmaq, həmçinin bu problemlərin həlli üçün potensial siyasət və həll yollarını müəyyən etmək idi.
BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Troy Duli, təlimin açılışında bu tədbirin Azərbaycan hökumətinin mütəxəssislərinə Böhranda olan Ölkələrdə Miqrantlar üzrə Təlimatlarına dair dərin biliklər qazandıracağını və bu təlimatların COP29-un məqsədləri ilə necə üst-üstə düşdüyünü daha yaxşı anlamağa kömək edəcəyini vurğuladı.
Təlim iştirakçıları iqlim mobilliyi barədə yeni biliklər əldə etdilər, xüsusilə də fəlakətlər, ətraf mühit və iqlim dəyişikliyi nəticəsində icmaların yerdəyişməsi hallarının artması müzakirə edildi. Eyni zamanda, təlimdə iştirakçılara Böhranda olan Ölkələrdə Miqrasiya prinsiplərini real simulyasiya təlimləri vasitəsilə tətbiq etmək imkanı verildi. Bu da öz növbəsində cavab mexanizmlərinin təkmilləşdirilməsinə və iqlim böhranlarından təsirlənən miqrantların müdafiəsi üçün ən yaxşı təcrübələrin inteqrasiyasına şərait yaratdı.
Tədbirə Dövlət Miqrasiya Xidməti, Xarici İşlər, Fövqəladə Hallar, Təhsil, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri və Diasporla İş üzrə Dövlət Komitəsindən olan 20 fövqəladə halların idarə edilməsi üzrə mütəxəssis qatıldı.
BMqT ekspertləri təlim iştirakçılarına mövsümi kənd təsərrüfatı işçiləri, əmək miqrantları, turistlər, xəstəxanaya yerləşdirilən şəxslər və digər hərəkətdə olan əhali qruplarına uyğunlaşdırılmış daha inklüziv xidmətlər təqdim etmək üçün lazımi məlumat və alətlər verdilər. Təlimdə həmçinin dil baryerləri və inzibati çətinliklərin miqrantların təcili yardım xidmətlərindən istifadəsini necə çətinləşdirə biləcəyi mövzusu müzakirə edildi. İştirakçılar bu maneələri aşmaq və resurslardan daha səmərəli istifadə etməklə riskləri azaltmaq üçün yerli həll yolları təklif etdilər.