-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Avropa İttifaqı Avropanın Reinteqrasiya Alətinin (ARA) həyata keçirilməsi üçün qrant ayırmışdır. Bu qrantın benefisiarlarından biri olan Niderlandın Repatriasiya və Deparasiya Xidməti (R&DS) Avropa İttifaqının dörd üzv ölkəsindən - Belçika, Fransa və Niderlanddan qayıdan Azərbaycan vətəndaşlarına qayıdışdan sonra reinteqrasiya yardımı üzrə 18 aylıq layihənin həyata keçirilməsində onlarla əməkdaşlıq etmək xahişi ilə BMqT-ə müraciət edib. Layihə 1 iyun 2012-ci ildə başlamışdır və onun ümumi məqsədi 1 may 2012-ci il tarixindən sonra müvafiq ev sahibi ölkələrdən könüllü və ya məcburi olaraq geri qayıdan şəxslər üçün davamlı reinteqrasiya yardımını asanlaşdırmaq və təmin etməkdir.
Əsas komponentlərə aşağıdakılar daxildir:
İnformasiya və kommunikasiya - ev sahibliyi edən ölkələrdə ARA MS işçiləri tərəfindən potensial geri qayıdanların profilləşdirilməsi və qayıdış öncəsi məlumatın verilməsi.
Reinteqrasiya dəstəyi - qayıdışdan sonra məlumat məsləhətləşməsi; BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təmin ediləcək qayıdışdan sonra reintiqrasiya üzrə kömək və ölkədə mövcud olan digər xidmətlərə istiqamətləndirilməsi.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən aparılacaq Müşayət olunmayan Yetkinlik yaşına çatmayanlar (MYYÇ) üçün reinteqrasiya sxemlərinin araşdırılması və inkişafı – MYYÇ-lar üçün mövcud reinteqrasiya imkanlarının qiymətləndirilməsi və nəticələrə əsasən təşkil edilmiş məlumat/məsləhət xidmətləri üzrə hesabat hazırlanacaq.
Layihə müxtəlif təyinat ölkələrinin səlahiyyətli orqanlarının dəstəyi ilə fəaliyyət göstərən Azərbaycanda mövcud BMqT-nin qəbul və reinteqrasiya strukturlarına əsaslanacaq.
Könüllü olaraq qayıtmağı seçən azərbaycanlılar, məcburi qaytarılanlarla müqayisədə daha böyük reinteqrasiya paketləri vasitəsilə həvəsləndiriləcəklər.