Layihə Donoru Əhali, Qaçqınlar və Miqrasiya Bürosudur

Layihənin əsas tərəfdaş qurumları yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, Azərsu və Sudan İstifadə Komitələridir (SUK)

Layihənin ümumi məqsədi “kənd təsərrüfatının məhsuldarlığını və dolanışıq imkanlarını artırmaq vasitəsi kimi Azərbaycanın qərb bölgələrində həssas icmaların enerjisiz su resurslarına çıxışını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir”.

Xüsusi məqsədlərə aşağıdakılar daxildir:

  • Azərbaycanın kənd yerlərində kəhrizlərin bərpası yolu ilə əhalinin istehlak və kənd təsərrüfatı üçün suya çıxışını artırmaq;
  • Qadınlar da daxil olmaqla, icma üzvlərinin Sudan İstifadəçi Komitələrinin (SUK) yaradılması və onların tərkibində iştirak etməklə su ehtiyatlarını idarə etmək bacarıqlarının artırılması;
  • Ən azı 10-15 kankan qrupu yaratmaq və kənd təsərrüfatı üçün suvarma imkanlarını artırmaqla kəhrizlərin təmiri ilə əlaqəli gəlir əldə etmək imkanlarını artırmaq; və
  • Regional və milli səviyyədə aidiyyəti dövlət qurumlarını, vətəndaş cəmiyyəti təşkilatlarını, alimləri və sahibkarları hədəf alan maarifləndirmə, məlumat mübadiləsi və texniki yardım vasitəsilə digər regionlarda kəhrizlərin bərpası miqyasının genişləndirilməsini dəstəkləmək.