Amerika Birləşmiş Ştatları Qaçqınların Qəbulu Proqramı (USRAP)

BMqT-nin Azərbaycan nümayəndəliyi USRAP-də iştirakı 1998-ci ildə başlamışdır və proqram çərçivəsində müəyyən edilmiş faəliyyət addımları vasitəsilə ümumiləşdirilmişdir. BMqT ilə ABŞ Dövlət Departamenti/Əhali, Qaçqınlar və Miqrasiya Bürosu (DOS/PRM) arasında Anlaşma Memorandumuna uyğun olaraq BMqT Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) vasitəsilə ABŞ-a qaçqın statusu almaq üçün müraciət edən qaçqınların işlərinə baxılmasında iştirak edir.

BMqT ilkin və sonrakı məlumat emalı, tibbi müayinə, mədəni oriyentasiya kimi xüsusi xidmətlər təqdim edir və Azərbaycandan təhlükəsiz gediş, tranzit və təyinat yerinə çatmağın təmin edilməsi üçün Birləşmiş Ştatlara daşınmada yardım göstərir. BMqT, həmçinin ABŞ hökumətinin yola düşməzdən əvvəl şəxslərin qiymətləndirilməsi və şəxsiyyətin autentifikasiyası prosedurunu - yola düşən zaman üz nəzarətini təmin etmək tələbi əsasında xüsusi müqaviləli personalın işə götürülməsini təşkil edir. Tibbi şərtləri olan USRAP benefisiarları üçün BMqT zəruri hallarda ABŞ-a giriş və ya təyinat məntəqəsinə qədər təyyarədə müşayiətçilər və tələb olunan tibbi avadanlıqlar təşkil edir.

ABŞ Qaçqın proqramının əsas aktorları BMqT, BMT QAK, ABŞ Səfirliyi, aviaşirkətlər, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və hökumət orqanlarıdır.

Kanada Varrantları (CW)

BMqT 1998-ci ildən CW proqramını həyata keçirir və Kanadanın Ankaradakı səfirliyinin Azərbaycanda akkreditə olunmuş viza bölməsi ilə sıx əməkdaşlıq edir. Proqram Kanada Vətəndaşlıq İmmiqrasiya Xidməti (CIC) tərəfindən təmsil olunan Kanada Hökuməti tərəfindən maliyyələşdirilir.

BMqT BMT QAK-da qeydiyyatdan keçmiş qaçqınlara və ya Kanada tərəfindən qəbul edilmiş humanitar təyinatlı siniflərə aid olan şəxslərə sənədləşmə və daşıma xidmətləri göstərir. BMqT həm qaçqınların, həm də digər kateqoriyalı miqrantların (öz xərclərini ödəyənlər) məskunlaşmadan əvvəl sağlamlıq vəziyyətinin qiymətləndirilməsinə və müəyyən sağlamlıq vəziyyətlərinin gedişdən əvvəl müalicəsinə cavabdehdir. Tibbi qiymətləndirmə Kanada Hökuməti tərəfindən seçilmiş yerli həkim olan təyin edilmiş həkim tərəfindən həyata keçirilir. 

Avropada və başqa yerlərdə məskunlaşma

BMqT (ad-hoc) bir dəfəlik əsasda qəbul edən ölkələrin hökumətlərinin prosesin düzgün davam etməsini təmin etmək istəkləri əsasında Fransa, Böyük Britaniya, Danimarka, Avstriya, İsveç, Niderland, Norveç, Finlandiya, Çexiya, İsveçrə kimi Avropa ölkələrində, həmçinin Yeni Zelandiya, Avstraliya və Çilidə məskunlaşma şərtləri verilmiş miqrantlara məsləhət, sənədlərin işlənməsi, tibbi müayinə, mədəni oriyentasiya və nəqliyyat yardımı göstərir.

Benefisiarlar, əsasən, BMT QAK-da qeydiyyatdan keçmiş qaçqınlar və bəzən bu ölkələr tərəfindən humanitar əsaslarla, o cümlədən ailələrin birləşməsi kimi qəbul edilən şəxslərdir. BMqT adi halların, eləcə də xüsusi səyahət tələbləri olan tibbi halların (müşayiət, əlil arabası, xərəyə, oksigen aparatı və s.) rahat gediş-gəlişini təşkil edir və zəruri hallarda tibbi evakuasiyanı təşkil edir. Öz xidmətlərini yerinə yetirmək üçün BMqT BMT QAK, qəbul edən dövlətlərin səfirlikləri, BQXK, avia şirkətlər və tibb klinikaları ilə sıx əməkdaşlıq edir.