-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
EC-TEMPUS tərəfindən maliyyələşdirilən bu 36 aylıq regional layihə Cənubi Qafqaz (CQ) cəmiyyətlərinin mövcud miqrasiya problemləri ilə daha səmərəli məşğul olmaq üçün fənlərarası akademik təhsil və tədqiqat məzmunu və strukturlarını inkişaf etdirməyə ehtiyacı ilə əsaslandırılır.
UNIMIG layihəsinin ümumi məqsədi hər üç CQ ölkəsində hədəflənmiş Tərəfdaş Ölkə Universitetlərinin Avropa Ali Təhsil Sahəsinin (EHEA) standartlarına uyğun kurikulum, təhsil və tədqiqat təklif etmək iqtidarında olmasını təmin etməklə benefisiar ölkələrdə Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin (ENPI) Şərq regionunda effektiv miqrasiya siyasətini inkişaf etdirmək üçün potensialını artırmaqdır.
Bu məqsədə nail olmaq üçün bu işlər görüləcək: a) CQ ölkələrində seçilmiş altı universitetdə Boloniya tələblərinə uyğun regional aspektdə Miqrasiya Tədqiqatları üzrə Magistr Proqramı üçün əsas kurrikulumun hazırlanması, akkreditasiyası və həyata keçirilməsi; b) universitetlər, tədqiqat və ictimai institutlar, hökumətlər və cəmiyyət arasında interfeys rolunu oynayan milli Miqrasiya Kompetensiya Mərkəzlərinin (MKM) və Regional Tədqiqat Şəbəkəsinin (RRN) yaradılması və c) MKM tərəfindən dəstəklənən və yenilənən Miqrasiya üzrə Regional Onlayn Platformanın yaradılması, və onun vasitəsilə kurrikulumun, MKM tərəfindən hazırlanan nəşrlər, statistic göstəricilərin və s. yayılması, həmçinin electron təhsil vasitəsilə bütün materialların daha geniş ictimaiyyətə (magistrlər, miqrasiya üzrə əməkdaşlar, jurnalistlər, tədqiqatçılar, dövlət qurumları və vətəndaş cəmiyyətləri) çatdırılmasının təmin olunması.
Azərbaycanda hədəf tərəfdaş universitetlər bakalavr, magistratura və peşəkar təhsil proqramları təklif edən Xəzər Universiteti və bakalavr, magistr, MBA və doktorantura proqramları təklif edən Qafqaz Universitetidir. MKM Xəzər Universitetində yaradılacaq.
BMqT layihəyə ilk növbədə öz tədris və təlim materialları ilə miqrasiya üzrə magistr proqramlarının hazırlanmasına və həyata keçirilməsinə, xüsusən də miqrasiyanın idarə edilməsi sahəsində öz töhfəsini verir.
Təhsil Nazirliyi Azərbaycanda akkreditasiya prosedurlarını dəstəkləyəcək və Aİ tərəfdaşlarının dəstəyi ilə Boloniya standartlarına uyğun olaraq kurrikulumun hazırlanması üzrə bacarıqların artırılması fəaliyyətlərində iştirak edəcək.