-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
1 iyul 2011-ci il tarixində BMqT-nin Azərbaycan nümayəndəliyi BMqT-nin yardımı ilə könüllü və ya Niderland hökümətinin həyata keçirdiyi tədbirlər nəticəsində məcburi surətdə Azərbaycana qayıtmış 40-a qədər Azərbaycan vətəndaşının davamlı reinteqrasiyasını asanlaşdırmaq məqsədi daşıyan Niderlanddan Azərbaycan Vətəndaşlarına Qayıdışdan qabaq, Qayıdışdan sonra Reinteqrasiya Yardımı layihəsini həyata keçirməyə başlamışdır.
Könüllü qayıdanlara yardıma yola düşməzdən əvvəl məsləhətlərin verilməsi; geri qayıtmağa yardımı; Azərbaycana gəldikdən sonra qəbul və reinteqrasiya yardımı daxil idi. Məcburi qayıtmış şəxslərə yardım yalnız immiqrasiya məntəqələrindən keçərək Azərbaycana rəsmi qəbul edildikdən sonra reinteqrasiya yardımı ilə məhdudlaşır.
Layihə çərçivəsində göstərilən xidmətləri təsvir edən məlumat broşürləri BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən hazırlanmış və Niderlandda potensial geri qayıdanlar arasında paylanmışdır.
2012-ci ilin may ayında BMqT-nin Azərbaycan üzrə Layihə Koordinatoru Niderlanda səfər etdi və BMqT-nin fəaliyyəti, vətənə könüllü qayıdış yardımı və geri qayıtdıqdan sonra reinteqrasiya imkanları, eləcə də Azərbaycanda mövcud sosial-iqtisadi vəziyyət haqqında məlumat vermək üçün potensial geri qayıdanların yerləşdirildiyi mərkəzləri ziyarət etdi.
Niderlandın Daxili İşlər və Krallıq Münasibətləri Nazirliyinin Repatriasiya və Departament Xidmətləri (R&DS) tərəfindən maliyyələşdirilən layihə 30 iyun 2012-ci ildə başa çatdı və onu Avropa Reinteqrasiya Aləti çərçivəsində daha çox Aİ üzvü olan dövlətlərin iştirakı ilə yeni layihə çərçivəsində davam etdirildi.