1 dekabr 2009-cu il tarixində BMqT Norveç Krallığının Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanda “İnsan Alveri Qurbanlarına Yardım üçün İnstitusional Bacarıqların Gücləndirilməsi” Layihəsini həyata keçirməyə başlamışdır.

13 ay davam edəcək layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də digər dövlət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

Layihənin məqsədi aşağıdakıları təmin etməkdir:

  • potensialın gücləndirilməsi vasitəsilə insan alveri qurbanlarının səmərəli və davamlı reabilitasiyası və reinteqrasiyasının mövcudluğu;
  • xidmətlərin çatdırılma imkanlarını yaxşılaşdırmaq və ümumi səmərəliliyini artırmaq.

Bu layihə BMqT-nin ölkədə həyata keçirilən və davam edən insan alverinə qarşı mübarizə layihələrinə əsaslansa da, bu, Azərbaycan üçün bir ilkdir, çünki o, yalnız siyasət, institusional və fərdi səviyyələrdə məqsədyönlü müdaxilələrlə reabilitasiya və sosial reinteqrasiya tədbirlərinin gücləndirilməsinə diqqət yetirir.

Layihənin bütün fəaliyyətləri ölkədə insan alveri qurbanlarına davamlı yardım göstərən müvafiq dövlət və qeyri-hökumət institutları ilə sıx məsləhətləşmələr əsasında optimallaşdırılıb.

Layihənin uğurlu icrası Azərbaycanda insan alveri qurbanları üçün reabilitasiya və reinteqrasiya proqramlarının hazırlanması və həyata keçirilməsi sahəsində əsas qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində potensialın gücləndirilməsi və davamlılığı inkişafı ilə nəticələnəcək. Layihənin həyata keçirilməsi, əlavə olaraq, Bakıdan başqa bir şəhərdə də Sosial Reinteqrasiya Mərkəzinin yaradılmasına imkan verəcək. Belə mərkəzin əsas funksiyası insan alveri qurbanlarına təhlükəsiz və rahat şəraitdə davamlı yardım göstərməkdən ibarət olacaqdır. Mərkəz 150 km radiusda qonşu şəhər və kənd ərazilərindən təcili müdafiəyə görə müraciət edən insan alveri qurbanları üçün asanlıqla əlçatan olacaq.