BMqT insan alveri ilə mübarizəyə kompleks yanaşma tətbiq edir. İnsan haqlarına hörmət, fərdin və onun icmasının fiziki, əqli və sosial rifahı və insti-tusional potensialın inkişafı və tərəfdaşlıq vasitəsilə fəaliyyətimizin davamlılığı BMqT-nin insan alverinə qarşı bütün səylərinin mərkəzindədir.

BMqT bütün beynəlxalq ictimaiyyəti insan alverinə qarşı mübarizədə iştirak etməyə çağırır. O, İnsan Alverinə Qarşı Qurumlararası Əlaqələndirmə Qrupu (ICAT) və Alyans 8.7 də daxil olmaqla, bir sıra regional və beynəlxalq çoxtərəfli proseslərdə iştirak etməklə və onlara rəhbərlik etməklə bunu edir. BMqT, həmçinin insan alveri riskinin azaldılmasını və humanitar cavab tədbirlərinin ilkin mərhələlərindən etibarən aradan qaldırılmasını təmin etmək üçün humani-tar cəmiyyətlə işləyir.
 

Cari Layihələr
Tamamlanmış Layihələr