-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
“Ermənistan, Azərbaycan və Gürcüstanda insan alverinə qarşı hərtərəfli cavab tədbirlərinin gücləndirilməsi” Layihəsi potensialın artırılması, mövcud və potensial qurbanlara müdafiə və yardımın göstərilməsi yolu ilə insan alverinin bütün formalarının azaldılmasına yönəlib.
Daha konkret desək, layihə aşağıdakı məqsədlərə nail olmağa çalışır:
Qurban mərkəzli tədqiqatlar, milli fəaliyyət planının qiymətləndirilməsi və monitorinq mexanizmləri də daxil olmaqla, insan alverinə qarşı mübarizə üçün müvafiq ölkələrdə milli institusional çərçivənin inkişafına dəstək vermək;
- əmək bazarına müdaxilələr vasitəsilə və potensial miqrantları qeyri-qanuni miqrasiya riski və qanuni miqrasiyanın imkanları haqqında məlumatlandırmaq yolu ilə insan alverinin və qeyri-qanuni miqrasiyanın qarşısının alınmasına dəstək vermək;
- insan alveri ilə bağlı cinayət fəaliyyətini aşkar etmək, araşdırmaq və mühakimə etmək üçün müvafiq Hökumətlərə dəstək göstərmək;
- qurbanların reinteqrasiyası da daxil olmaqla, şəxsiyyətin müəyyən edilməsi, istiqamətləndirilməsi, müdafiəsi və yardımının təkmilləşdirilməsi.
Beynəlxalq Əmək Təşkilatı aparıcı qurum kimi tərəfdaşları olan Beynəlxalq Miqrasiya Siyasətinin İnkişafı Mərkəzi, Beynəlxalq Miqrasiya Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində bu iki illik layihəni həyata keçirir.
Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.