İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyə dəstəyi ilə BMqT tərəfindən həyata keçirilən iki illik regional layihə yerli təhsil müəssisələri vasitəsilə və onların daxilində Ermənistan, Azərbaycan və Gürcüstanda orta məktəb şagirdləri, onların müəllimləri və valideynləri arasında insan alverinin təhlükələri, miqrasiya reallıqları və mövcud preventive mexanizmlər haqqında məlumatlılığı artıracaq maarifləndirici materialların hazırlanması və yayılması yolu ilə Cənubi Qafqazdan insan alverinin qarşısının alınmasına töhfə vermək məqsədini daşıyır. 

Layihə BMqT tərəfindən həyata keçirilir. Xüsusi hazırlanmış tədris modulu vasitəsilə müəllimlər insan alveri risklərini konseptuallaşdırmaq üçün təlim keçəcək və bu bilikləri həmkar müəllimlərə və 15-17 yaşlı məktəb şagirdlərinə ötürmək bacarığına malik olacaq, beləliklə, mövcud profilaktik dəstək mexanizmləri haqqında məlumat veriləcək və preventive tədbirlər fərdi əsasda öyrədiləcək. 

Bu regional layihə insan alveri ilə mübarizə üzrə milli fəaliyyət planlarına uyğun olaraq insan alveri problemini həll etmək üçün üç hədəf ölkənin Təhsil Nazirliklərinin imkanlarını artırmaq niyyətindədir və insan alverinin milli təhsil sisteminin orta məktəb kurikulumlarına daxil edilməsini nəzərdə tutan strukturları inkişaf etdirmək məqsədi daşıyır. 

Layihənin davamlılığını təmin etmək üçün BMqT və onun tərəfdaşları üç hədəf ölkənin orta məktəblərinin milli kurikulumlarına insan alveri ilə bağlı mədəniyyətə həssas təhsil dəstini hazırlamaq və inteqrasiya etmək üçün hədəf Təhsil Nazirlikləri daxilində əsas vəzifəli şəxslərin potensialını artıracaqlar. Layihə iştirakçı yanaşmanı tətbiq edəcək və beləliklə, əsas maraqlı tərəflərə yüksək dərəcədə sahiblik verəcək. Hökumət, eləcə də qeyri-hökumət tərəfdaşları metodologiyanın dizaynında, kurrikulumun hazırlanmasında, müəllimlərin təlimində və layihənin qiymətləndirilməsində yaxından iştirak edəcəklər. Proqram iki il müddətində (noyabr 2008 - oktyabr 2010) həyata keçiriləcək. Layihənin sonuna kimi BMqT-nin bütün orta məktəblərin və digər təhsil müəssisələrinin 20 faizini hədəf alması və insan alverinə qarşı mübarizə modulunu üç hədəf ölkənin məktəb kurikulumlarına inteqrasiya etməsi nəzərdə tutulur.