-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
İnsan Alverinə Qarşı Mübarizə ilə bağlı müxtəlif məsələlər üzrə texniki yardım BMqT, ABŞ səfirliyi və ATƏT-dən ibarət İnsan Alveri üzrə Beynəlxalq İşçi Qrupun (Beynəlxalq TiP WG) üzvləri tərəfindən davamlı olaraq Azərbaycan hökumətinə təqdim olunur. Beynəlxalq İşçi Qrupunun texniki yardımı ilə Hökumət İnsan Alverinə Qarşı Mübarizə məsələləri ilə məşğul olmaq üçün Daxili İşlər Nazirliyinin tərkibində İnsan Alverinə Qarşı Mübarizə üzrə Xüsusi Polis İdarəsi yaratmışdır. 2006-cı ilin oktyabrında Hökumət Azərbaycanda, paytaxt Bakıda insan alveri qurbanları üçün ilk sığınacaq açıb. Sığınacaq insan alveri qurbanlarına qısamüddətli qayğı və hüquqi, tibbi və psixoloji xidmətlərə çıxış təmin edir. Hökumət yaxın gələcəkdə milli ödənişsiz qaynar xətt açmağı planlaşdırır.