Azərbaycanda Mina Qurbanları üçün Sosial-İqtisadi Reinteqrasiya Proqramı

Biznesin inkişafı xidmətlərinin və kiçik kreditlərin təmin edilməsinin asanlaşdırılması yolu ilə minadan zərərçəkənlərin sosial və iqtisadi reinteqrasiyasına nail olmaq.

Regional layihə 2007-ci ilin noyabrından 2009-cu ilin noyabrına qədər Azərbaycanda həyata keçirilən pilot layihədən əldə edilmiş təcrübə və dərslərə, eləcə də yerli tərəfdaşların ümumi əhali daxilində təhlükə altında olan insanlara qeyri-maliyyə və maliyyə xidmətlərinin göstərilməsi üzrə təcrübələrinə əsaslanır (məsələn, sığınacaq axtaranlar, insan alverinin qurbanları, qaçqınlar və köçkünlər). ADA/ADC Azərbaycanda pilot layihəni maliyyələşdirmənin 70 faizini ITF vasitəsilə dəstəkləyib. Azərbaycanda pilot layihə minadan zərər çəkmiş əhalinin yaşadığı 6 rayonda mikrokredit sxemi yaradıb, 85 mina qurbanına kiçik biznes bacarıqlarının inkişaf etdirilməsi üzrə təlim imkanları və onlardan 52-nə mikro kreditlər təqdim edib.

Layihə (II mərhələ) Beynəlxalq Etimad Fondu, ANAMA, BMqT və yerli QHT olan “Çıraq” arasında bağlanmış müqavilə əsasında BMqT tərəfindən həyata keçirilir.

Layihə mina qurbanları və onların ailələrinin həssas və təcrid olunmuş qrup kimi Azərbaycan cəmiyyətinə sosial-iqtisadi reinteqrasiyaya nail olmaq, yəni öz dolanışıqlarını təmin etmək, həyat standartlarını yaxşılaşdırmaq və öz cəmiyyətinin fəal üzvü etmək məqsədini daşıyır.

Layihə yanaşmaları bunlardır:

  • Yerli icraçı tərəfdaşlar tərəfindən mina qurbanlarına qeyri-maliyyə xidmətlərinin (sosial vasitəçilik, biznes bacarıqlarının inkişafı üzrə təlim və məsləhət) və maliyyə xidmətlərinin (mikro kreditlərin verilməsi, monitorinqi və toplanması) təmin edilməsi.
  • Dövlətin Tərəfdaş Təşkilatları və digər maraqlı tərəfləri ("Çıraq" QHT) cəlb etməklə mina qurbanlarına yardım və ümumilikdə əlillik sahəsində milli xidmətlərin təmin edilməsinin gücləndirilməsi.
  • Layihənin maraqlı tərəfləri üçün Gürcüstanın Tbilisi şəhərində təcrübə mübadiləsi üzrə regional seminarın, eləcə də regional mina qurbanlarına yardım üzrə maarifləndirmə kampaniyasının həyata keçirilməsi yolu ilə regional əməkdaşlığın və şəbəkələşmənin təşviqi.

Proqram 01.12.2009 – 31.05.2012-ci il tarixlərində həyata keçirilib.