2015-ci ildən etibarən, Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi (BMqT) USAID tərəfindən maliyyələşdirilən “İnsan Alverinə qarşı mübarizə üzrə Fəaliyyət” adlı layihə icra edir. Layihənin əsas məqsədi insan alveri haqqında ictimaiyyətin məlumatlandırılması, insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına yardım edən sığınacaqları idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi göstərmək vasitəsilə insan alveri v ə məcburi əməyin qar şıs ın ın alınması və onlarla mübarizədə Azərbaycanın fəaliyyətininin effektivliyinin daha da artırılmasında Azərbaycan hökumətinə və vətəndaş cəmiyyəti təşkilatlarına kömək gös tərməkdən ibarətdir.

Fəaliyyət gözlənilən nəticəyə hökümət, qeyri-hökumət və özəl sektor arasında tərəfdaşlıq və əlaqələndirmənin gücləndirilməsi, həmçinin vətəndaş cəmiyyəti təşkilatlarına maliyyə yardımı göstərməklə insan alverinin, məcburi əməyin və gender əsaslı zorakılığın potensial, ehtimal olunan və təsdiq edilmiş qurbanlarına xidmətlərin yaxşılaşdırılması ilə nail olacaqdır.

Layihə haqqında

Donor: Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID)

Müddəti: sentyabr 2015-ci il - sentyabr 2023 -cü il

Benefisiarlar: İnsan alverinin ehtimal olunan və təsdiq olunmuş qurbanları, istismarın və məcburi əməyin qurbanları, vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri və Azərbaycan hökuməti

Tərəfdaşlar

BMqT insan alverinə qarşı mübarizənin bütün aspektlərində– qarşısını alma, müdafiə, ittiham və tərəfdaşlıq - hökumət, Birləşmiş Millətlər Təşkilatı sistemi, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, özəl sector və inkişaf tərəfdaşları ilə birgə işləyir.

Xüsusilə, BMqT Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə birbaşa işləyəcəkdir.

Məqsədlər

Layihənin ümumi məqs ədinə nail olmaq üçün BMqT aşağıdakı nəticələri hədəfləyir:

  1. Müəyyən edilən və xidmətlərə istiamətləndirilən qurbanların sayını artırmaq üçün ilkin tədbir tərəfləri arasında əməkdaşlığın səmərəliliyini artırmaq;
  2. Təsdiq edilmiş/ehtimal edilən və/və ya potensial qurbanlara keyfiyyətli yardım və reinteqrasiya xidmətlərinin təmin edilməsində insan alverinə qarşı mübarizə üzrə maraqlı tərəflərə dəstək göstərmək;
  3.  Azərbaycanda insan alveri məsələsinə dair aparılan daha əhatəli sosial araşdırmaya əsaslanaraq maraqlı tərəflərin insan alverinin müxtəlif aspektlərinin müzakirəsinə münasibəti təkmilləşdirmək;
  4. Yerli QHT-lərin maliyyə dayanaqlılığını gücləndirmək.
Fəaliyyətlər
  • Bacarıqların artırılması - insan alveri hallarının müəyyən edilib tanınması üzrə potensial qurbanlarla birbaşa əlaqədə olan ilkin tədbir tərəflərinə, insan alveri qurbanlarına və ehtimal olunan qurbanlara hüquqi xidmət göstərmək üçün vəkillərə və yerli QHT-lər üçün dayanıqlılıq strategiyalarının hazırlanması, icrası, həmçinin qurbanlara yardım göstərilməsi məqsədilə işçilərin texniki qabiliyyətinin təkmilləşdirilməsi
  • Məlumatlılığın artırılması -vətəndaş cəmiyyəti və dövlətlə birlikdə insan alveri və qadınların, uşaqların istismarına,məcburi əməyə qarşı mübarizə barədə maarifləndirmə aparmaqla mövcud sosial təhlillərin məcmu nəticələri əsasında insan alverinin müxtəlif aspektərinin müzakirəsinə münasibəti təkmilləşdirmək.
  • Potensial, ehtimal olunan və təsdiq edilmiş insan alveri qurbanlarına keyfiyyətli yardımın göstərilməsi - qurbanlara psixoloji, hüquqi və sosial xidmət göstərən yerli sığınacaq /reabilitasiya mərkəzlərinin maliyyələşdirilməsi, həmçinin özəl sektorun cəlb edilməsi ilə ilkin bacarıqlar və vasitələrlə təmin etməklə onların reinteqrasiyasını dəstəkləmək.
  • Qurumlararası koordinasiya modelləri barədə müqayisəli təhlilin aparılması – hədəflənən qlobal və regional səviyyədə