-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
2019-cu ildə BMqT-nin Azərbaycan nümayəndəliyi 703 nəfər könüllü ölkəyə qayıdan şəxsi reinteqrasiya yardımı ilə təmin etmişdir
Beynəlxalq Miqrasiya Təşkilatı, Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkələrinə qayıdan Azərbaycan vətəndaşlarının reinteqrasiya yardımı ilə təmin edilməsinə davam etmişdir. 2019-cu ildə KQYR layihələri çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 105 nəfər şəxsə nağd qrant və 598 nəfər şəxsə isə qeyri-nağd yardımlar göstərilmişdir. Ötən il ərzində, 40 nəfərə tibbi yardım, 120 nəfərə müvəqqəti mənzil təminatı, 188 nəfərə kiçik biznesin qurulması üçün və 285 şəxsə isə zəruri ev əşyalarının alınmasına dair yardım (məişət və mebel əşyaları) göstərilib.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən təqdim olunan reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailələrinə gəlir gətirən fəaliyyət sahələrinin qurulması ilə bağlıdır. 2019-cu ildə KQYR layihələri çərçivəsində könüllü qayıdan şəxslərə əsasən kiçik biznes fəaliyyətinin qurulması, müvəqqəti mənzil təminatı, zəruri ev əşyalarına dair yardım və tibbi ehtiyacların ödənilməsi üçün yardımlar göstərilmişdir. BMqT-nin dəstəyi ilə mənşə ölkəsinə qayıdan şəxslər, kiçik fermer təsərrüfatı (xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması), xidmət sektoru, ticarət və kiçik istehsalat sahəsində öz sahibkarlıq fəaliyyətlərini qurmuşlar.