-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Aİ tərəfindən maliyyələşdirilən BMqT layihəsi məcburi köçkünlərə öz evlərini bərpa etməyə kömək edir
Baku - Ötənilki münaqişə minlərlə ailəni cəbhə xəttinə yaxın kəndlərini tərk etməyə məcbur etdi. Evindən didərgin düşən ailələrin çoxu qohumlarının evinə pənah apardı, digərləri isə məktəb, uşaq bağçası və ya mehmanxana kimi ictimai binalara sığındı. Münaqişə başa çatdıqdan sonra kəndlərinə qayıdanların bir çoxu evlərinin dağıdılmış olduğunu gördülər, lakin heç də hamının evlərini bərpa etmək üçün maddi imkanları var. Avropa İttifaqının Humanitar Yardım təşkilatının maliyyəsi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən layihə Anarın ailəsi də daxil olmaqla, münaqişədən zərar çəkmiş ən həssas qrupa daxil olan 1500 nəfərə nağd pul yardımı vasitəsilə yardım edib.
Anarın ailəsi 90-cı illərdə baş verən ilk münaqişə zamanı doğma İlxıçılar kəndini tərk edib. Ötən il münaqişə zamanı üç uşaq atası olan Anar yenə də evini tərk etmək məcburiyyətində qalıb. Onların cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqəsi atəşə tutulanda Anar bütün ailənin böyük təhlükə altında olduğunu anladı və onları təhlükəsiz yerə aparmaq qərarını verdi. Onlar başqa ailələrlə birlikdə qonşu kəndə yollandılar. “O kənd cəbhə bölgəsindən uzaqda idi və bizim qəsəbədən bir neçə ailə kəndin məktəbində yerləşdi”, deyir Anar.
Ailələr 44 gün məktəbdə yaşayıb və döyüşlər başa çatdıqdan sonra evlərinə qayıdıblar. “Bizim bəxtimiz gətirdi. Evimizə ciddi ziyan dəyməyib, qəlpələr evimizin damına və divarına dəyib, pəncərələri sındırıb”, deyə Anar bildirdi.
Anar evinin pəncərələrini və divarını təmir etmək üçün BMqT-nin Azərbaycan nümayəndəliyinin yardımından istifadə edib. Anar bunun səbəbini belə izah edir: "Qış gəlir. İlk öncə pəncərələri təmir etməli oldum ki, soyuq mövsümdə ailəm evdə yaşaya bilsin”.