Xəbərlər
Local

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Beynəlxalq Miqrasiya Təşkilatının layihəsi münaqişədən zərər çəkmiş insanlara dolanışıq fəaliyyətini davam etdirməyə kömək edir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Beynəlxalq Miqrasiya Təşkilatının layihəsi münaqişədən zərər çəkmiş insanlara dolanışıq fəaliyyətini davam etdirməyə kömək edir. Photo: IOM

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Beynəlxalq Miqrasiya Təşkilatının layihəsi münaqişədən zərər çəkmiş insanlara dolanışıq fəaliyyətini davam etdirməyə kömək edir. Photo: IOM

Baku - Ötənilki Qarabağ münaqişəsi çoxlu itkilərə, dağıntılara və insanların köçünə səbəb oldu. Münaqişədən bir il sonra belə Azərbaycanın münaqişədən zərər görmüş bölgələrində müxtəlif humanitar ehtiyaclar qalmaqdadır.

Avropa İttifaqının Humanitar Yardım təşkilatının maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində münaqişədən zərar çəkmiş ən həssas qrupa daxil olan 1500 nəfərə nağd pul yardımı vasitəsilə yardım edilmişdir.

Onlardan biri də 64 yaşlı bir oğul sahibi Sara Abbasovadır. O, Ağcabədi rayonunda yerləşən Mirzələr Qış Yatağı kəndində yaşayır. Sara əslən Şuşa rayonunun Şirlan kəndindəndir. Onun ailəsi 1992-ci ildə Qarabağda ilk münaqişə başlayanda yaşadıqları kəndi tərk etməyə məcbur olub və Ağcabədiyə sığınıb.

Ötən il münaqişə zamanı onların cəbhə xəttinə yaxın yerləşən yaşayış məntəqəsi atəşə tutulub. "Mərmilər evimizə və həyətimizə düşdü. Evimiz dağıldı, 5 inəyimiz tələf oldu”, deyir Sara. Saranın ailəsi yenə də evlərini tərk etmək məcburiyyətində qaldı. Onlar qonşu kəndə yollandılar.

Münaqişədən sonra hökumət kənddəki bütün dağılmış evləri təmir etdi. Saranın evi təmir edildikdən sonra o, oğlu ilə birlikdə geri qayıtdı.

Sara və əri həmişə zəhmətkeş fermer olublar. İndi o, qohumları ilə birlikdə mal-qara bəsləməkdə davam edir. Bununla belə, o, Aİ-nin humanitar maliyyəsi sayəsində BMqT-dən kömək alana qədər maddi cəhətdən çətinlik çəkirdi. Sara “Azərbaycanda münaqişələrdən zərər çəkmiş əhaliyə həyat üçün humanitar yardımın göstərilməsi” layihəsi çərçivəsində nağd yardım alan 1500 nəfərdən biridir.

Layihə çərçivəsində münaqişədən zərər çəkmiş insanlara təqdim olunan nağd yardımdan necə yararlanmaq haqda qərarı onların özlərinin vermək imkanı var. Bu, onlara ehtiyaclarını ödəmək üçün çeviklik və seçim azadlığı təmin edir. Sara aldığı pulu inəkləri üçün ot almağa xərcləyib.

Bir sıra maneələrlə üzləşsə də, Sara hər zaman fermer təsərrüfatını genişləndirməyi düşünür: "Fermer təsərrüfatımı davam etdirmək üçün daim pul tapmaq çətindir və mənə göstərilən bütün köməyə görə minnətdaram".