-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Azərbaycan Dövlət Aqrar Universitetində Kəhriz sistemləri fənninin onlayn tədrisinə başlanılıb
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Melorasiya və Su Təsərrüfatı ixtisasının əyani 3-cü kurs tələbələrinə Kəhriz sistemləri fənninin onlayn tədrisinə başlanılıb. Universitetin müəllimlərinin Beynəlxalq Miqrasiy Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə hazırladıqları tədris planı əsasında aparılan kurs kəhriz sistemləri və onların bərpası üzrə bilik və təcrübənin dirçəldilməsi və gələcək mühəndislər nəslinə ötürülməsi və onların da öz növbəsində həmin peşənin mövcud yeni texnalogiyalar əsasında inkişaf etdirməsi üçün növbəti addım olmuşdur.
Tədris BMqT-nin nümayəndəliyi tərəfindən təşkil olunmuş kəhriz mühəndisliyi üzrə təlimçi kurslarında, həmçinin kəhrizlər haqqında biliklərini artırmaq və onların bərpası və texniki qulluğun ən yaxşı təcrübələrini öyrənmələri məqsədilə Naxçıvana təşkil olunan tədqiqat səfərində iştirak etmiş ADAU-nun müəllimləri tərəfindən aparılır.
BMqT-nin Azərbaycan nümayəndəliyi və ADAU arasında mövcud əməkdaşlıq çərçivəsində, həmçinin universitetdə kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması üçün ixtisaslaşmış Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi açılmışdır.
BMqT-nin həyata keçirdiyi layihə çərçivəsində, həmçinin məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında 40-a yaxın kəhrizin - ənənəvi ekoloji cəhətdən təmiz, dayanıqlı su təhcizatı sistemlərinin bərpası nəzərdə tutulur. Elektrik enerjisi və ya yanacaq tələb etməyən kəhrizlər biomüxtəlifliyin qorunmasını təmin edir və yerli icmaların həyat keyfiyyətinə töhfə verir. Layihə, kəhrizlərin bərpasından əlavə, yerili icmaların potensialnın artırılması, kiçik sahibkarlığın inkişafı və kəhrizlər haqda bilik və təcrübənin bərpa olunaraq yeni nəslə ötürülməsini nəzərdə tutur.