-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Azərbaycan nümayəndə heyəti Miqrasiya üzrə Qlobal Paktın icrasının qiymətləndirmək üçün ilk Beynəlxalq Miqrasiya İcmalı Forumunda iştirak edir
17-20 may 2022-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında təşkil edilən ilk Beynəlxalq Miqrasiya İcmalı Forumu çərçivəsində Miqrasiya üzrə Qlobal Paktın 23 məqsədinə həsr olunan və adıçəkilən Paktın icrası istiqamətində bütün səviyyələrdə əldə olunan təcrübəni nəzərdən keçirmək məqsədilə dörd interaktiv çoxtərəfli dəyirmi masa təşkil edilib. Hər masaya BMT Baş Assambleyasının Prezidenti tərəfindən müəyyənləşdirilmiş iki üzv dövlətin nümayəndələri tərəfindən həmsədrlik edilib, habelə hər dəyirmi masada interaktiv müzakirəyə rəhbərlik etmək üçün əsas panelistlər təyin olunub. Azərbaycan adıçəkilən Forum çərçivəsində təşkil olunan dörd dəyirmi masaya həmsədrlik edən səkkiz ölkə sırasındadır.
Forumun ikinci günündə keçirilən dördüncü dəyirmi masaya ölkəmiz adından Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ilə yanaşı, Mərakeş Krallığının BMT yanında Daimi Nümayənədsi Omar Hilal həmsədrlik edib. Qeyd olunan dəyirmi masa “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın 1-ci (Statistik məlumatlar), 3-cü (Məlumat təminatı), 7-ci (Həssaslığın azaldılması), 17-ci (Ayrı-seçkiliyin aradan qaldırılması) və 23-cü (Beynəlxalq əməkdaşlıq) məqsədlərinə həsr olunub. Azərbaycan tərəfindən həmsədrlik edilən dəyirmi masanın təşkilinə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti dəstək göstərib.
Müzakirələr interaktiv, faktiki məlumatlara əsaslanan və bütün müvafiq maraqlı tərəflərin iştirakı ilə aparılır. İştirakçılar Paktın həyata keçirilməsi üçün öhdəlik götürməyə təşviq olunurlar.
Qeyd edək ki, Azərbaycan Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya regionunda BMT-nin Miqrasiya Şəbəkəsinin himayəsi altında başlanmış Çempion Ölkə Təşəbbüsündə iştirak edən ilk dölətdir. Azərbaycan uzun müddətdir ki, regionlararası səviyyədə mürəkkəb insan hərəkətliliyinə cəlb olunub və nizamlanan miqrasiyanı dəstəkləmək üçün müsbət təcrübələrin tətbiqi üçün səylər göstərir. Ölkə “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın qəbul olunduğu gündən onu icrasını dəstəkləyib və Paktın effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün səyləri gücləndirib.
Azərbaycan regionda milli səviyyədə BMT-nin Miqrasiya üzrə Şəbəkəsini yaradan ilk ölkələr sırasındadır və Pakıtn könüllü şəkildə nəzərdən keçirilməsi üçün geniş hesabatla öz töhfəsini vermişdir. Bu yaxınlarda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti Miqrasiya üzrə Regional Tədris Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib. Onun məqsədi təkcə Azərbaycanda deyil, həm də regionun digər ölkələrində miqrasiyanın idarə edilməsi sahəsində potensialın gücləndirilməsidir.
Bundan başqa, multikultural dəyərlərə və miqrantların müxtəlifliyinə hörmət vasitəsilə inteqrasiya fəaliyyətlərini özündə əks etdirən Azərbaycanın Miqrasiya Strategiyasının layihəsi də ölkədə Paktın səmərəli həyata keçirilməsinə töhfə verəcək.