-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Azərbaycanda pul köçürmələrinin sosial–iqtisadi təsirlərinin qiymətləndirilməsi aparılır
Baku - İyunun 14-18-i tarixləri aralığında “Azərbaycanda pul köçürmələrinin sosial–iqtisadi təsirlərinin yaxşılaşdırılması” layihəsi çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi dövlət qurumları, banklar və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə müsahibələr təşkil etmiş, habelə pul köçürmələri zamanı vəsait alanlar ilə qrup müzakirələri keçirmişdir.
Tədqiqat qrupu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Mərkəzi Bankı, Maliyyə Monitorinqi Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərpoçt, Azərbaycan Beynəlxalq Bankı, Kapital bank, Bank Respublika, Rabitəbank və Azərbaycan Banklar Assosiasiyasının ümumilikdə 45 nəfər yüksək vəzifəli nümayəndəsi və mütəxəssisi ilə görüşmüş və müsahibələr keçirmişdir. Görüşlər zamanı Azərbaycana və əks istiqamətə pul köçürmələrinin vəziyyəti, bununla əlaqədar aidiyyəti qaydalar, siyasət və qadağalar, pul köçürmələri üzrə mövcud təcrübələr, bu sahədə rəqəmsallaşma üçün imkanlar və çətinliklər, habelə xaricdə yaşayan Azərbaycanlı miqrantların və ölkəmizdə yaşayan miqrantların sosial-iqtisadi göstəriciləri, pul göndərən və alanların maliyyə infrastrukturuna əlçatanlığı, eləcə də onların maliyyət inklüzivliyinin səviyyəsi müzakirə edilmişdir.
Bununla yanaşı, Bakı və Lənkəran şəhərlərində xaricdə yaşayan və işləyən Azərbaycanlı miqrantların ailə üzvləri ilə qrup müzakirələri keçirilmişdir. Sözügedən şəhərlər Azərbaycanın müxtəlif regionlarına pul köçürmələrinin həcmi üzrə Azərbaycan Respublikası Dövlət Statistika Xidmətinin məlumatına əsasən seçilmişdir. Müzakirələr zamanı 21 nəfər pul köçürmələri barədə öz təcrübələrini bölüşmüşdür.
16 iyun – Beynəlxalq Pul Köçürmələri Günü münasibətilə xaricdə yaşayan və işləyən Azərbaycanlı miqrantlar arasında onlayn sorğunun (https://bit.ly/3HCfyEq) keçirilməsinə başlanılmışdır. Azərbaycanda yaşayan miqrantlar da ölkə üzrə bank və poçt şöbələrində təqdim olunan sorğu vərəqəsini doldurmaqla sözügedən layihəyə töhfə verməyə dəvət edilir.
Qeyd edək ki, yuxarıda göstərilən metodlarla toplanacaq məlumatlar əsasında pul köçürmələri ilə bağlı hökumətin siyasəti, strategiya və qaydaları, eləcə də rəqəmsal pul köçürmələri üzrə mövcud infrastruktur, texnologiya və modelləri qiymətləndiriləcəkdir. Hazırlanacaq hesabat, həmçinin rəqəmsal pul köçürmələrinin və əlaqədar maliyyə xidmətlərinin artırılması istiqamətində hüquqi, sosial, iqtisadi və gender boşluqlarını müəyyən edərək bununla bağlı təklifləri ehtiva edəcəkdir.
Adıçəkilən iki illik layihənin əsas məqsədi xaricdəki Azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir. Bu layihə BMqT İnkişaf Fondunun maliyyə vəsaiti hesabına Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tərəfdaşlığı ilə icra olunur.
Media Coverage