-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya İcmalı Forumuna 100 günün qalmasına həsr olunmuş hökümət nümayəndələri və maraqlı tərəflər üçün onlayn tədbir keçirilib
Baku - Birləşmiş Millətlər Təşkilatının (BMT) Miqrasiya üzrə Şəbəkəsinin “Çempion ölkələr” təşəbbüsünə qoşulan Azərbaycan, Lüksemburq və Portuqaliyanın təşəbbüsü ilə Beynəlxalq Miqrasiya İcmalı Forumunun keçirilməsinə son 100 günün qalması münasibətilə adıçəkilən Forumun təşkilinə dair məsələlərin müzakirə edilməsi məqsədilə BMT-nin Avropa üzrə İqtisadi Kommissiyasına daxil olan ölkələrin dövlət qurumlarının, vətəndaş cəmiyyəti institutlarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə onlayn tədbir keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbirin əhəmiyyətini diqqətə çatdırıb, Azərbaycan Respublikasının “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”ın (Miqrasiya üzrə Qlobal Pakt) icrası ilə bağlı “Çempion ölkələr” təşəbbüsünə qoşulmasından məmnunluğunu ifadə edib. Bildirib ki, hazırki görüş may ayında Nyu-Yorkda keçiriləcək Beynəlxalq Miqrasiya İcmalı Forumunun təşkili ilə bağlı fikir mübadiləsinin aparılmasına mühüm töhfə verəcəkdir.
Pandemiya dövründə Xidmətin fəaliyyətinin “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya üzrə Qlobal Pakt”da müəyyən edilmiş əsas prinsip və məqsədlərə uyğun həyata keçirildiyini bildirən Vüsal Hüseynov ilk günlərdən COVID-19-un miqrantlara təsirinin minimuma endirilməsi məqsədilə Azərbaycanın miqrasiya idarəçiliyində həyata keçirilən yeniliklər, miqrantların maksimum rahatlığı, inzibati prosedurların mümkün qədər azaldılması və rəqəmsallaşmanın təşviqi istiqamətində reallaşdırılan tədbirlər haqqında məlumat verib.
Xidmət rəisi Azərbaycan Respublikasında yaradılması nəzərdə tutulan Miqrasiya üzrə Regional Təlim Mərkəzinin regionda miqrasiya sahəsində bilik və bacarıqların artırılmasında əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb və bu Mərkəzin region ölkələri arasında miqrasiya sahəsində əlaqələrin daha da genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Xidmət rəisi bildirib ki, “Miqrasiya üzrə Qlobal Pakt”ın prinsip və məqsədlərinin daha səmərəli icra edilməsi məqsədilə miqrasiyanın müxtəlif aspektləri ilə bağlı vədlərin real uğura çevrilməsi üçün bütün maraqlı tərəflərin səyləri birləşdirilməlidir.
Tədbirdə həmçinin, Lüksemburqun Xarici və Avropa İşləri Nazirliyinin Beynəlxalq Miqrasiya üzrə Koordinatoru Enn Qodert, Portuqaliyanın Miqrasiya üzrə Ali Komissarı Sonia Pereira, BMqT-nin regional direktoru Renate Held, eləcə də BMqT-nin, BMT QAK-ın və bir sıra digər nüfuzlu təşkilatların nümayəndələri çıxış edərək sözügedən məsləhətləşmələrin əhəmiyyətindən söz açıblar.