-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan dövlət qurumlarının rəsmiləri üçün Fransaya tanışlıq səfəri təşkil edib
BMqT-nin Azərbaycan nümayəndəliyi 24-25 avqust tarixlərində Sərnişinlərə dair İlkin Məlumat (API) və Sərnişin Adlarının Qeydiyyatı (PNR) sistemlərinin tətbiqi üzrə işçi qrupun üzvlərinin Fransanın Paris şəhərinə tanışlıq səfərini təşkil etdi. Səfər BMqT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda beynəlxalq qabaqcıl təcrübə və standartlar əsasında sərnişin və sənədləşmə əməliyyatları üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində təşkil edilmişdir. Nümayəndə heyətinə Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Dövlət Miqrasiya Xidmətinin nümayəndələri daxil idi.
Səfərinin ilk günü Milli Səyahət Məlumatları Xidmətinin rəsmiləri ilə görüşlərlə başladı. Xidmət Fransanın API/PNR məlumatlarının işlənməsi ilə məşğul olan milli nazirliklərarası bir qurumudur. Nümayəndə heyətinə Fransadan və ya Fransaya baş tutan səyahət məlumatlarının toplanması və istifadəsi üçün sistemlərin qurulması, tətbiqi və təkmilləşdirilməsi haqqında məlumat verildi. Onlara, həmçinin Xidmətin dəniz PNR layihəsi də təqdim edildi. Əməliyyat sistemləri Sərnişin Məlumat Bölməsi (SMB) əməliyyat platformasında istifadə edildiyindən, ikinci gün keçirilən görüşlərdə Fransanın SMB-nin işinin təşkili və işlənməsi ilə bağlı təqdimat keçirildi. Tanışlıq səfəri zamanı Azərbaycan nümayəndə heyəti API/PNR tətbiqinin vacib aspektlərini müşahidə və müzakirə etmək, bununla bağlı öz qanunvericilik islahatlarını, habelə sistemlərin tətbiqi ilə əlaqədar məsələləri və çətinlikləri müzakirə etmək imkanı əldə etdilər. Səfər zamanı qazanılan təcrübənin işçi qrupunun gələcək işinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Tanışlıq səfəri müsbət kollegial və əməkdaşlıq şəraitində uğurla başa çatdı. API/ PNR və SMB sahəsində yeni təcrübə və bacarıqlar əldə edildi və bu da öz növbəsində müvafiq Hökumət qurumlarına gələcək işlərində faydalı olacaqdır.
Media Coverage
XEBERMEDIA
BINSOZ
UNNEWS
FINANCETIME
AZERTAC