-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatı Qazaxda icmanın məlumatlandırılması üçün onlayn görüş keçirdi
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin təmsilçiləri mayın 22-də Qazax rayonunun Çaylı kəndinin icmasının üzvlərinin iştirakı ilə onlayn görüş keçirdilər.
BMqT-nin nümayəndələri Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə təşkilatın həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi barədə iştirakçılara məlumat vermis və görüşdə təmir olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarlarının rolunun yüksək əhəmiyyəti vurğulanmışdır. Onlayn yığıncaqda həmçinin, icma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kənddə yaradıcılaq Su İstifadəçi Komitəsinin layihənin icrası zamanı və sonrakı dövrlərdə vəzifə və öhdəlikləri izah edildi.
İcma üzvlərinin potensialını artırmaq və su mənbələrini idarə etmək üçün onlayn yığıncağın sonunda Su İstifadəçi Komitəsinə 9 üzv seçildi.
Qeyd edək ki, dörd illik layihə ölkənin 8 rayonunda ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailənin təhlükəsiz və davamlı su ilə təminatını nəzərdə tutur.