-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatı region gəncləri üçün biznes təlimlərinə başladı
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə yaxın əməkdaşlıq şəraitində 26-28 fevral tarixləri aralığında Qubada gənclər üçün üç günlük biznes təlimi təşkil etmişdir. Təlimlər BMqT-nin Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində təşkil olunur.
İlkin seçim mərhələsini keçmiş 18 yerli gənc təlimdə iştirak etmişdir. Təlim zamanı iştirakçılar mikro biznes fəaliyyəti haqqında və bu növ biznesin idarə olunması haqda biliklərini artırdılar. Onlar həmçinin, biznes planların hazırlanması ilə tanış olmuş və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə etdilər. Təlimin sonunda 14 gənc özlərinin mikro-biznes planlarını hazırlayaraq qiymətləndirilmək üçün təqdim etdi. Seçilən ideyalar sonrakı mərhələdə dəstəklənəcəkdir.
“Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində gənclərin inkişafına istiqamətlənmiş müxtəlif fəaliyyət növləri – özünəməşğulluğa, əməkbazarına çıxışa dəstək, potensialların artırılması və s. nəzərdə tutulmuşdur. Bu məqsədlə, Quba, Lənkəran və Gəncə şəhərlərində yerli gənclər üç günlük intensiv kiçik biznes təlimləri təşkil olunacaqdır. Təlimi uğurla başa vurmuş və biznes planı qiymətləndirmə komissiyası tərəfindən yüksək qiymətləndirilmiş iştirakçılara mikro sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün qeyri-nağd dəstək göstəriləcəkdir.