Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən Azərbaycanda insan alveri və gender əsaslı zorakılıq qurbanlarına dəstək sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları üçün iki günlük təlim keçirildi

25-26 aprel tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən İnsan Alverinə Qarşı Mübarizə layihəsi çərçivəsində “Maliyyə Davamlılığı: Maliyyəçi olmayan peşəkarlar üçün maliyyə” mövzusunda iki günlük təlim keçirmişdir. Təlim insan alveri qurbanları ilə işləyən və gender əsaslı zorakılıqların qurbanlarına dəstək olan QHT işçilərinin bacarıqlarını artırmaq məqsədini daşıyır.

Təlim iştirakçıların maliyyə savadlılığı, eləcə də mühasibat uçotu və büdcə tərtibi üzrə bilik və bacarıqlarının artırılmasına yönəlib. Bu da son nəticədə QHT-lərə öz maliyyələrini daha yaxşı idarə etməyə və maliyyə dayanıqlığına nail olmağa kömək edəcək. Bu maliyyə davamlılığı təlimindən əldə edilən bacarıq və biliklər iştirakçı QHT-lərə və onların benefisiarlarına faydalı olacaq və nəticədə hamı üçün daha təhlükəsiz və ədalətli cəmiyyətə töhfə verəcək.

Bu maliyyə davamlılığı təlimi insan alverinə qarşı mübarizə sahəsində çalışan QHT-lər üçün potensialın gücləndirilməsi üzrə təlimlərin bir hissəsidir. BMqT-nin Azərbaycan nümayəndəliyi indiyədək insan alveri ilə mübarizə və gender əsaslı zorakılıq qurbanlarına yardım üzrə davamlı səylərinin bir hissəsi kimi Data Təhlili və Hesabatların hazırlanması, Cinsi zorakılığa qarşı məlumatlandırma, Əməyin Təhlükəsizliyi və Fandreyzinq üzrə təlimləri keçirmişdir.

BMqT tərəfindən 2015-ci ildən etibarən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.