Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan insan alveri qurbanları üçün sığınacağa və 152 nömrəli qaynar xəttə olan tanışlıq səfəri etmişlər

Beynəlxalq Miqrasiya Təşkilatı və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan insan alveri qurbanları üçün sığınacağa və 152 nömrəli qaynar xəttə olan tanışlıq səfəri etmişlər. Photo: IOM

2021-ci ilin 19 may tarixində Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndiliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndə heyəti DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa və 152 nömrəli "Qaynar xətt"ə tanışlıq səfəri etmişlər.

Tədbirdə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov, şöbə rəisi, polis polkovniki Araz Babayev və Beynəlxalq Əməkdalıq İdarəsinin əməkdaşı polis leytenantı Samir Həsənli, BMqT Azərbaycan Nümayəndiliyinin rəhbəri cənab Vladimir Qyorqiyev, BMqT-nin "İnsan alverinə qarşı mübarizə layihəsi"nin koordinatoru xanım Apreda Ersiliya, layihə köməkçisi Nərgiz Kərimova, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ofis direktoru xanım Dhulce-Janise, ofisin siyasi məsələlər üzrə məsləhətçisi cənab Mike Henninq, Azərbaycandakı nümayəndə Pərviz Musayev iştirak etmişdir.

Qonaqlar sığınacağın inzibati binası, fəaliyyətə başladığı tarix, fəaliyyət istiqamətləri və sığınacaqda fəaliyyət göstərən heyət, qurbanların saxlanılma şəraiti, qurbanlarla fərdi iş planına uyğun aparılan işlər və sənədlər barədə məlumatlandırılmışdır.

Bakı şəhərində yerləşən sığınacaq 2006-cı ildən etibarən faəliyyət göstərir. Bu günə qədər sığınacaq 1000-dən çox insan alveri qurbaı olan yerli və xarici ölkə vətəndaşlarına yardım etmişdir. Sığınacağın əsas məqsədi insan qurbanı olan yerli və xarici vətəndaşlara, həmçinin insan alveri ilə bağlı cinayət işlərinin şahidlərinə təhlükəsiz yaşayış yeri, reabilitasiya və reinteqrasiya yardımı göstərməkdir. 50 çarpayı tutumlu sığınacaq qadınlara, qızlara, kişilərə və oğlanlara öz xidmətlərini təklif edir. Təklif olunan xidmətlər içərisində müvəqqəti yaşayış, yemək və geyim təminatı, psixoloji yardım, həmçinin peşə təlimləri və potensialın artırılması fəaliyyətlərini əhatə edir. Sığınacaq qurbanlara göstərilən yardımı dəstəkləmək üçün digər vətəndaş cəmiyyəti təşkilatları (VCT) əməkdaşlıq edir. Hər il sığınacaq insan alverinin 100-ə yaxın qurbanına yardım göstərir.

Nümayəndə heyəti daha sonra Baş İdarəyə bilavasitə tabe olan 152 nömrəli "Qaynar xətt"ə baş çəkilmiş, "Qaynar xətt"in direktoru Günay İbrahimova tərəfindən 152 nömrəli "Qaynar xətt"in iş fəaliyyəti barədə qonaq heyətinə geniş məlumat verilmiş, «Гайнар Хятт»я оптик və təhlükəsiz internet xəttinin çəkilməsinin təmin edilidiyini, yeni kommunikasiya avadanlıqlarının alınması və proqram təminatının təkmilləşdirilməsi üçün işlər aparıldığını qeyd etmişlər.

Vladimir Qyorqiyev təşkilatın texniki yardım vasitəsilə Azərbaycan Hökumətinin 2020-2024-cü illər üzrə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planına dəstək verməyə hazır olduqlarını bildirdi. Xüsusilə BMqT-nin USAID tərəfindən maliyyələşdirilən “İnsan Alverinə Qarşı Fəaliyyət Layihəsi” çərçivəsində sığınacaq və qaynar xətt mərkəzinin işçilərinə potensialın artırılması istiqamətində dəstək verəcəklərini bildirdi.