Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardımı davam etdirir

Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardımı davam etdirir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardımı davam etdirir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardımı davam etdirir. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatı vətəndaşlara pulsuz hüquqi yardımı davam etdirir. Photo: IOM

Beynəlxaql Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Qanunun aliliyi layihəsini həyata keçirir. Layihə əhalinin peşəkar hüquqi xidmətlərə çıxışının artırılması üçün səylərini dəstəkləyir. Layihə çərçivəsində Azərbaycanın dörd regional mərkəzində Hüquqi Yardım Mərkəzləri açılmışdır. Bu təşəbbüs Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və ASAN xidmətinin dəstəyi ilə həyata keçirilmişdir.

Agentliklər arasında sıx əməkdaşlıq nəticəsində Bərdə, Qəbələ, İmişli və Masallıda mövcüd olan ASAN xidmət mərkəzlərində 2019-cu ilin fevral ayından etibarən pulsuz hüquqi yardım mərkəzləri fəaliyyət göstərir. 2019-cu ilin sonuna kimi mərkəzlərə müraciət edən 2550 nəfərə hüquqi xidmət gösətilmişdir. Müraciət edənlərin 30% -i qadın, 70%-i kişi, müraciətlərin 29%-i məhkəmələrlə bağlı məsələlər olmuşdur. Ötən il göstərilən hüquqi yardımın təhlili göstərir ki, müraciətlərin 16%-i bank kreditləri, 26%-i mülkiyyət və mirasla bağlı məsələlər, 18%-i ailə məsələləri, 15%-i əmək və sosial müdafiə ilə bağlı olan məsələlər olmuşdur. Bundan əlavə, digər müraciətlər miqrasiya hüququ, vergi qanunvericiliyi, kommunal xidmətlər, vətəndaşlıq və qeydiyyat və inzibati işlər kimi müxtəlif sahələri əhatə etmişdir.

Müraciət edən vətəndaşlar onlara göstərilən pulsuz hüquqi yardımın səviyyəsindən razı qalmışlar. Layihədə nəzərdə tutulduğu kimi ərizəçilərə inzibati və məhkəmə icraatı üçün xərclənən məbləğlər də geri qaytarılıb. Hüquqi Yardım Mərkəzlərində vətəndaşlara pulsuz hüquqi yardım xidməti hazırda uğurla həyata keçirilməkdədir.