Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatı zorakı ekstremizmlə mübarizə üzrə təlim keçirir

Beynəlxalq Miqrasiya Təşkilatı zorakı ekstremizmlə mübarizə üzrə təlim keçirir. Photo: IOM

BMT-nin Miqrasiya Agentliyi – Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 5-6 sentyabr tarixlərində “Zorakı ekstremizmlə mübarizədə media və internetin rolu” mövzusuna həsr olunmuş iki günlük təlim-seminar keçirir.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev giriş nitqində dövlət qurumları, media, vətəndaş cəmiyyətini təmsil edən nümayəndələrinin iştirakı ilə keçirilən təlimin iştirakçıların zorakı ektremizmin qarşısının alınması üçün birgə səylərinə töhfə verəcəyinə, iştirakçıları lazımı bilik və bacarıqlarını artırmaqla həsas qrupların arasında radikallaşma prosesinin qarşını almaqda onlara yardımçı olacağına əminliyini bildirdi.

Təlim zamanı iştirakçılar terrorist və radikal qrupların internetdən necə istifadə etdiklərini, internetin radikal şəxsləri zorakı insana necə çevirdiyini öyrənəcək, rəqəmsal dünyada radikal qruplarla mübarizə üsulları, zorakı ekstremizmin qarşısının alınmasında istifadə olunan kommunkiasiya üçün strategiya haqda məlumat əldə etmək, zorakı ekstremizmin qarşısının alınması və onunla mübarizə üzrə uğurlu kommunikasiya kampaniyaları, zorakı ekstremist qrupların sosial media platformalarında apardığı təşviqat kampaniyalarının nümunələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

İki günlük təlim-seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID/Azerbaijan) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilaının Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən “Həssas icmaların dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində təşkil edilir.

Media Coverage

Azertac
IkiSahil
UNAzerbaijan