-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Ağdam və Goranboy rayonlarında bərpa olunmuş növbəti kəhrizləri yerli icmalara təhvil verdi
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayounun Baharlı qəsəbəsinin ərazisində yerləşən Göylən-1 və Goranboy rayonunun Qaradağlı kəndi ərazisində yerləşən Tatoğlu-1 kəhrizini bərpa edərək yerli icmaların istifadəsinə verdi.
Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy və Qazax rayonları ərazisində 17 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.
Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.
Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Media Coverage