Xəbərlər
Local

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Bakı şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimini uğurla başa vurdu

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Bakı şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimini uğurla başa vurdu. Photo: IOM

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Bakı şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimini uğurla başa vurdu. Photo: IOM

Baku - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Insan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində 27-28 iyun tarixlərində Bakı şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimi təşkil edib.

Təlimdə ilkin seçim mərhələsini keçmiş 5 xanım iştirak edir. Təlim zamanı iştirakçılar kiçik biznes fəaliyyəti və biznesin idarə olunması haqda bilik və bacarıqlar əldə ediblər. Onlar, həmçinin biznes planların hazırlanması ilə tanış olub və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə ediblər. Təlimi uğurla başa vuracaq və biznes planı qiymətləndirmə komissiyası tərəfindən məqbul qiymətləndiriləcək iştirakçılara kiçik sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün dəstək göstəriləcək.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi həssas qruplardan olan 10 qadın üçün ilk təlimi Gəncə şəhərində təşkil etmişdir. Cari ildə artıq 15 nəfər kiçik biznes təlimlərinə qatılmışdır. Ümumilikdə layihə çərçivəsində indiyədək Azərbaycanın müxtəlif bölgələrindən 21 nəfər BMqT-nin təşkil etdiyi kiçik biznes təlimlərindən keçmiş və öz bizneslərini qurmaq üçün qrant əldə etmək imkanı qazanmışdır.

BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Media Coverage

AZERTAC
FINANCETIME
NEWSCENTER
NEZERMEDIA
UNNEWS