Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi bərpa olunmuş kəhrizi rəsmi olaraq yerli icmaya təhvil verdi

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Ağdam rayonunun Əhmədağalı kəndinin ərazisində yerləşən Heyvalı kəhrizini bərpa edərək kənd icmasının istifadəsinə verdi.

Bərpa edilən kəhrizin sularından kəndin ərazisində yerləşən Bənövşələr qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələri və kənd icması yararlanacaq.

Media Coverage

AZERTAC
FINANCETIME
NEWSCENTER
UNAZERBAIJAN
BINSOZ
UNNEWS