Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi cari ilin aprel-may aylarında könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı etmişdir

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi cari ilin aprel-may aylarında könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 Azərbaycan vətəndaşına nağd və qeyri-nağd şəkildə reinteqrasiya yardımı etmişdir. Photo: IOM

BMqT Könüllü Qayıdışa Yardım və Reinteqrasiya (KQYR) layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya yardımını çatdırmağa davam edir.

2021-ci ilin aprel-may ayları ərzində Almaniyadan 88 nəfər, Çexiyadan 3 nəfər, İspaniyadan 3 nəfər, Niderland Krallığından 2 nəfər və Avstriyadan 1 nəfər olmaqla ümumilikdə 97 miqrant Azərbaycana qayıtmışdır.

Qeyd olunan dövr ərzində KQYR layihələri çərçivəsində könüllü olaraq mənşə ölkəsinə qayıdan 193 nəfərə reinteqrasiya yardımı, 65 nəfərə isə məsləhət xidməti göstərilmişdir.

BMqT-nin Azərbaycan nümayəndəliyi 99 nəfərə nağd və 94 nəfərə qeyri-nağd şəkildə yardım etmişdir. Qeyri-nağd şəkildə yardım çərçivəsində 21 şəxsə müvəqqəti mənzil təminatı, 16 şəxsə kiçik biznesin qurulması, 55 şəxsə maddi yardım (ilkin ehtiyac kateqoriyasına aid olan məişət avadanlığı və mebel əşyaları), 1 şəxsə tibbi yardım, 1 şəxsə isə təhsil haqqının ödənilməsi üzrə yardım göstərilib.

BMqT-nin Azərbaycandakı nümayəndəliyi hazırda Niderland Krallığı, Almaniya, Belçika, Polşa, Finlandiya, Türkiyə və Latviyadan könüllü qayıtmış şəxslərə müvafiq reinteqrasiya yardımları göstərir. Təşkilat tərəfindən göstərilən reinteqrasiya yardımının əsas hissəsi könüllü qayıdanlara və onların ailə üzvlərinə fayda gətirən kiçik təsərrüfat (qoyunçuluq, maldarlıq), xidmət sahəsindəki müəssisələr, ticarət və kiçik istehsal kimi gəlir gətirən fəaliyyətlərin qurulmasına yönələn kömək təşkil edir. Bu dəstəyin əsas məqsədi qayıdanların dayanıqlığını təmin etmək və beləliklə mənşə ölkələrinə könüllü qayıdan şəxslərin özlərini Azərbaycan cəmiyyətinin bir hissəsi kimi bərpa etmələrinə yardım etməkdir.

BMqT-nin KQYR layihələri daxilində qayıdanlara mikro-biznes fəaliyyətinə dəstəklə yanaşı, müvəqqəti mənzil təminatı, maddi yardım, tibbi ehtiyacların və təhsil xərclərinin qarşılanması üzrə yardımlar göstərilir.

Media Coverage

REPORT
UNAZERBAIJAN
FINANCETIME
APA
AZERTAC
BIZIMMEDIA
ANTENN
AZERIPRESS
QAZET
QIA
BINSOZ
NAXCIVANXEBER