-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi COVID-19 səbəbiylə ölkədə çətin vəziyyətə düşmüş 47 həssas miqranta zəruri yardım və dəstək göstərmişdir
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan Nümayəndəliyi cari ildə “Azərbaycanda həssas vəziyyətdə olan əcnəbi miqrantlara Beynəlxalq Miqrasiya Təşkilatının COVID-19 Qlobal Strateji Hazırlıq və Yardım Planı çərçivəsində dəstəyin göstərilməsi – ikinci faza” layihəsi çərçivəində 23-ü qadın, 24-ü kişi və 19 nəfər uşaqdan ibarət 7 ailə daxil olmaqla 47 həssas vəziyyətdə olan miqranta ərzaq, gigiyena, müvəqqəti mənzil təminatı və tibbi yardım kimi ilkin ehtiyaclarına yönəldilmiş zəruri yardımlar göstərmişdir.
BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən 20 halda ərzaq, 21 halda müvəqqəti yaşayış yeri ilə təmin olunma, 2 halda sənədləşmə ilə bağlı, 4 halda isə tibbi yardım göstərilmişdir.
Yardım göstərilən miqrantların 41 nəfəri Pakistan, 5 nəfəri Tailand və 1 nəfər Hindistandan vətəndaşıdır.
Yardım ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu tərəfindən maliyyələşdirilən Cənubi Qafqaz ölkələrində çətin vəziyyətə düşmüş və həssas miqrantlara (əcnəbi vətəndaşlara) humanitar yardım regional layihəsi çərçivəsində edilmişdir.
BMqT-nin Azərbaycan nümayəndəliyinin 2020-ci ildən bəri icra olunan layihə çərçivəsində 339 cətin vəziyyətə düşmüş həssas miqrantlara təcili ehtiyac duyulan yardımla təmin etdiyini və onların qida və gigiyena, yaşayış və tibbi yardıma olan əsas ehtiyaclarını qarşılamaq üçün miqrantlara dəstək olduğunu bildirən nümayəndəliyi rəhbəri Vladimir Qyorqiyev bu dəstəyin cari ildə də davam etdirildiyini qeyd etdi: “COVID-19-un yayılmasının qarşısını almaq üçün tətbiq edilən hərəkət məhdudiyyətləri səbəbindən Azərbaycanda çətin vəziyyətə düşən miqrantlara dəstək olmaq üçün effektiv fəaliyyətimizi davam etdirəcəyik”.
Hazırda BMqT-nin Azərbaycan nümayəndəliyi ehtiyacı olan həssas miqrantları müəyyənləşdirmək və onlara yardım etmək istitiqamətində fəaliyyətini davam etdirir.
Media Coverage
FINANCETIME
NEWSCENTER
AZERTAC
NEZERMEDIA
UNNEWS