Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi, Dövlət Miqrasiya Xidməti və BMT-nin Qaçqın Agentliyi Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində iki günlük təlim sessiyasını uğurla başa vurdu

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi, Dövlət Miqrasiya Xidməti və BMT-nin Qaçqın Agentliyi Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində iki günlük təlim sessiyasını uğurla başa vurdu. Photo: IOM

14-15 noyabr tarixlərində BMqT-nin Azərbaycan nümayəndəliyi, Dövlət Miqrasiya Xidməti (DMX) və BMT-nin Qaçqın Agentliyi (BMT QAK) Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) layihəsi çərçivəsində Qaçqınların Müdafiəsi üzrə Hüquqi və İnstitusional Çərçivə üzrə birgə 2 günlük təlim sessiyası təşkil etdilər.

Açılış nitqində BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev iştirakçılara qaçqınların müdafiəsi sahəsində bilik və bacarıqlarını, məlumatlarını artırmaq imkanı verən təlimin əhəmiyyətini vurğuladı.

Miqrasiya üzrə Təlim Mərkəzi çərçivəsində regional səviyyədə təlimlərin təşkilinin səmərəliliyini və prespektivliyini vurğulayan Qyorqiyev bu yaxınlarda qeyd olunan layihə çərçivəsində Türkiyə və Özbəkistanda birgə təlimlər keçirdiklərini qeyd etdi: “Bu təlimlər tərəfdaş ölkələr, yerli və beynəlxalq qurumlar arasında əməkdaşlığın genişlənməsinə öz töhfəsini verir”.

Açılış sessiyasında çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov təlimin önəmini diqqətə çatdırıb, Azərbaycanın “Qaçqınlar üzrə qlobal pakt” sənədinə qoşulan ilk dövlətlərdən biri kimi insanlar, ölkələr və cəmiyyətlərarası effektiv dialoqun qurulmasına xüsusi önəm verdiyini, ölkəmizdə qaçqınların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması istiqamətində lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Quido Ambroso təlimin qaçqınların hüquq və azadlıqlarının təmin olunması, beynəlxalq müdafiənin əsas komponentləri haqqında məlumatların iştirakçılara çatdırılmasında əhəmiyyətli rol oynayacağına ümidvar olduğunu diqqətə çatdırıb.

BMqT, DMX və BMT QAK-dan olan ekspertləri tərəfindən keçirilən təlim zamanı müvafiq dövlət qurumları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının və akademik dairələrin nümayəndələri olan iştirakçılar Qaçqınların Beynəlxalq Müdafiəsi və BMT QAK-ın rolu haqqında; Azərbaycanda Milli Sığınacaq Proseduru; 1951-ci il Konvensiyasının qaçqın anlayışı ilə tamamlayıcı müdafiə arasında əlaqə; Miqrasiya və İnsan Alveri və sair mövzularla bağlı biliklərini artırmaq imkanı qazandılar.

Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif olundular.

BMqT-nin Azərbaycan nümayəndəliyi və DMX tərəfindən BMqT-nin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda miqrasiya üzrə regional təlim mərkəzinin yaradılmasına dəstək” layihəsi regionda miqrasiya sahəsində hökümətlər və maraqlı tərəflər arasında geniş məlumat mübadiləsi, araşdırma və dialoqa xidmət edəcək miqrasiya üzrə regional təlim mərkəzi vasitəsilə Azərbaycan, MDB və digər xarici ölkələrdə miqrasiya idarəçiliyi sahəsində regional təhsil potensialını və əməkdaşlığı artırmağı hədəfləryir.