-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi dəstəklədiyi məcburi köçkünlərin biznes fəaliyyətlərini qiymətləndirmək üçün monitorinq səfərləri həyata keçirir
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqəli Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin bir hissəsi kimi Azərbaycanın hədəf bölgəsi kimi seçilmiş Ağdam və Ağcabədi rayonları ərazisində məskunlaşmış məcburi köçkünlərin dolanışığının təmin edilməsi fəaliyyətlərinə başlamaq və davam etdirmək üçün əlverişli şərait yaradan kiçik biznes təşəbbüslərinə dəstək verilməsi nəzərdə tutulur. Layihənin biznes təlimlərinin davamı olaraq biznes planları uğurlu hesab edilən iştirakçılara qeyri-nağd qrantların verilməsi həyata keçirilmişdir.
Bu yaxınlarda BMqT-nin layihə heyəti hədəf rayonlardan biri olan Ağdam rayonuna monitorinq səfərləri etmiş və özünüməşğulluq təşəbbüsləri BMqT-nin Azərbaycan nümayəndəliyi tərəfindən dəstəklənmiş bəzi məcburi köçkün ailələri ilə görüşmüşdür.
Ümumilikdə, pilot rayonlar olan Ağdam və Ağcabədi rayonlarında keçirilən biznes təlimlərində iştirak edən 61 iştirakçıdan Ağdam rayonunda yaşayan 23 nəfər, Ağcabədi rayonundan isə 14 nəfər məcburi köçkünün biznes planları dəstəklənmək üçün seçilmişdir.
İndiyədək Ağdam və Ağcabədi rayonlarında yaşayan 9-u qadın və 14-ü kişi olmaqla 23 nəfər məcburi köçkünlərin biznesinə qeyri-nağd qrant şəkilində dəstək göstərilmişdir. Dəstək göstərilən kiçik biznes sahələrinə fermer təssərüfatı, qəssab dükanı, gözəllik və dərzilik salonları daxildir.
Qeyd edək ki, layihənin biznesin inkişafı komponenti çərçivəsində hədəf ərazilərində məcburi köçkün icmalarına yönəlmiş fəaliyyətlər üç hissədən ibarətdir: fərdi təşəbbüslərin inkişafı üçün etibarlı məlumat bazasının yaradılması; məcburi köçkün icmalarının maliyyə savadlılığının artırılması və özünüməşğulluğun təşviqi. Bu fəaliyyətlər, həmçinin məcburi köçkünlərin həyat səviyyələrini yaxşılaşdırmağa və onların cəmiyyətin həyatındakı iştiraklarını təşviq etməyə dəstək vermək məqsədi daşıyır.
İcmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisini də özündə cəmləşdirən komponentlərlə bağlı görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə, kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.
Media Coverage
APA
NEWSCENTER
XEBERMEDIA
AZERTAC
NEZERMEDIA
UNNEWS