Xəbərlər
Local

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Füzuli rayonunda bərpa olunmuş kəhrizi yerli icmaya təhvil verdi

IOM Azerbaijan officially handed over renovated kahriz to local community in the Fuzuli district. Photo: IOM

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində Füzuli rayonunun Şükürbəyli kəndi ərazisində yerləşən Çərəkənd kəhrizini bərpa edərək yerli icmaların istifadəsinə verdi.
Adı çəkilən layihə çərçivəsində BMqT-nin Azərbaycan nümayəndəliyi indiəyədək Ağdam, Goranboy, Füzuli və Qazax rayonları ərazisində 18 kəhrizi bərpa edərək yerli icmaların istifadəsinə verib.

Layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə təxminən region əhalisini təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.