-
Biz kimik
Biz kimikBeynəlxalq Miqrasiya Təşkilatı (BMqT) 175 üzv dövlət və 100-dən çox ölkədə mövcudluğu ilə 1951-ci ildən etibarən hamının xeyrinə humanist və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi Birləşmiş Millətlər Sisteminin bir hissəsidir. BMqT Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir.
Haqqında
Haqqında
BMqT Qlobal
BMqT Qlobal
-
Bizim İşimiz
Bizim İşimizHumanitar və nizamlı miqrasiyanı təşviq edən aparıcı hökumətlərarası təşkilat kimi BMqT həm humanitar yardımı, həm də davamlı inkişafı birləşdirən müxtəlif müdaxilə sahələri vasitəsilə 2030-cu il Gündəliyinə nail olunmasını dəstəkləməkdə əsas rol oynayır. Azərbaycanda BMqT müxtəlif köçürülmə, dəstək və müdafiə fəaliyyətləri vasitəsilə miqrantları dəstəkləyir.
Biz nə edirik
Biz nə edirik
- Məlumat və Resurslar
- Hərəkətə keçin
- 2030 Agenda
Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Gəncə şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimini uğurla başa vurdu
Baku - Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Insan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində 21-22 iyun tarixlərində Gəncə şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimi təşkil edib.
Təlimdə ilkin seçim mərhələsini keçmiş 10 yerli qadın iştirak edir. Təlim zamanı iştirakçılar kiçik biznes fəaliyyəti və biznesin idarə olunması haqda bilik və bacarıqlar əldə ediblər. Onlar, həmçinin biznes planların hazırlanması ilə tanış olub və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə ediblər. Təlimi uğurla başa vuracaq və biznes planı qiymətləndirmə komissiyası tərəfindən məqbul qiymətləndiriləcək iştirakçılara kiçik sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün dəstək göstəriləcək.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.
BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.
Media Coverage
AZADMEDIA
TEREFDAR
AZERTAC
TURAZTV
FINANCETIME
NEWSCENTER
UNNEWS
XEBERMEDIA